Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon Ermənistanda və Azərbaycanda yarasa toplayır…

Ermənistanda Pentaqonun eqidası altında yarasaların toplanması proqramı həyata keçirilir. 

PİA.az xəbər verir ki, bu barədə zoonoz xəstəliklərə nəzarət veterinat səhiyyənin təşkili üzrə ekspert, “Vahid sağlamlıq” koalisiyasının lideri Qriqor Qriqoryan bildirib.

“Pentaqonun Ermənistan ərazisində həyata keçirdiyi layihələrdən biri Şərqi Avrasiyada yaşayan yarasaların toplanması proqramıdır”,-o deyib.

Qriqoryanın sözlərinə görə, proqrama Ermənistanın münaqişədə olduğu Azərbaycan, Türkiyə və Pakistan kimi ölkələr də cəlb olunub. O deyib ki, uçan məməlilər “Eco Helth Alliance” təşkilatının rəhbərliyi altında həyata keçirilir. Həmin təşkilat isə ABŞ Müdafiə Nazirliyinin təhdidlərin azaldılması üzrə Agentliyinin (DTRA) nəzarəti altındadır.

Ermənistanın yarasaların toplanması proqramında iştirakını mən yolverilməz hesab edirəm, çünki bu həm Ermənistanın, həm Qarabağın təhlükəsizliyini təhdid edir”,-ekspert deyib. Onun sözlərinə görə, yarasaların toplanmasının dəqiq məqsədini müəyyən etmək mümkün deyil, çünki layihə məxfiləşdirilib.

“Təkcə o məlumdur ki, yarasaları Gürcüstanın, Ermənistanın və Azərbaycanın ərazilərində toplayırlar. Bu yaxınlarda Abxaziyaya keçən adamı həbs ediblər, o deyib ki, yarasa tutub satmaq istəyirdi. Yəni proses gedir. Lakin yarasaları DTRA toplayırsa, o zaman onların həmin heyvanlarla bağlı hansı araşdırmalar apardığına dair informasiyaya malik olmaqla müəyyən təxminlər irəli sürmək olar”,-Qriqoryan belə deyib. (Virtualaz.org)

pia.az


Etiket: Pentaqon

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar