Bakıda ana və azyaşlı oğlunu maşın vurub
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
PİA.az-ın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən, 1989-cu il təvəllüdlü Aliyə Seyidəliyeva və azyaşlı oğlu Ömər Seyidəliyevi avtomobil vurub. Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(APA)
pia.az