Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyana "mətbəx söhbətləri"ni kim çatdırır? - Ermənistan Müdafiə naziri David Tonoyan 

Ermənistanda Baş Nazirlə Müdafiə Naziri arasında əsən "sərin yellər"...

Aram Amatuni

“1in.am”, Ermənistan, 06 noyabr 2019-cu il

Ermənistan Müdafiə naziri David Tonoyan jurnalistlərlə söhbətində deyib ki, bir sıra mətbəx söhbətləri toplanır və baş nazirə qədər gedib çatır. O, generalitetin narazılığı haqqında verilən suallara belə cavab verib.

Bu mövzuya yaxınlarda öz feysbuk söhbətində ordu və generalitetin “zəifləməsi” ittihamlarından danışan Baş nazir Nikol Paşinyan da toxunub. Nikol Paşinyan deyib ki, ilyarım ərzində heç bir hakimiyyət tərəfindən inqilabdan sonrakı dövrdə ordu və hərbçilər üçün edilən qədər edilməyib.

Müdafiə naziri isə təsdiq edib ki, ordunun cəbbəxanasının tamamlanmasından tutmuş hərbçilərin məişət vəziyyətinin yaxşılaşdırılması prosesinədək hər şey sürətlənib. Nazir qeyd edib ki, əlbəttə, ordu yerində saymır, hazırda qısa müddət ərzində yüksək inkişaf tempi əldə edilib.

Faktiki, nazirin də qeyd etdiyi kimi, “mətbəxdə toplanmalar” da mövcuddur. Burada nazir, guya, narazılığın olması haqqında məlumatların Baş nazir Paşinyana çatdırılmasına cəhd edən bir dairənin mövcud olduğunu nəzərdə tutur. Başqa sözlə, nazir Tonoyan işarət edir ki, guya, “Baş nazirin ordunu zəiflətməsi və bunun narazılıq yaratması” fikri yalnız keçmiş hakimiyyət sisteminin apardığı informasiya-təbliğat işinin mahiyyəti deyil, bundan əlavə, belə narazılığın olması haqqında təəssürat yaratmağa çalışan “mətbəx dairələri” də mövcuddur.

Müdafiə naziri Tonoyan, başqa sözlə, işarət edir ki, Baş nazirdə müdafiə nazirinin işindən narazılığın yetişməsi üçün hər şeyi etməyə cəhd edən dairələr mövcuddur. Çünki əgər orduda baş nazirin işindən narazılıq varsa, Baş nazirsə orduya diqqət planında nə qədər dəyişiklik edildiyindən danışırsa, yekunda belə alınır ki, bu səylər müdafiə naziri tərəfindən effektiv reallaşdırılmır.

Əgər söhbət “mətbəx səyləri”ndən gedirsə, aydındır ki, burada hakimiyyətin “mətbəxi” nəzərdə tutulur. Çünki keçmiş sistem mövcud hakimiyyətdən narazılıq məsələsində iqtidara qarşı kifayət qədər açıq, heç bir “mətbəx sirri” saxlamadan hərəkət edir.

Müdafiə nazirinə qarşı edilən “kulinariya” səylərinin nə ilə şərtləndiyini, əlbəttə, güman etmək mümkündür. Nəhayət, Müdafiə naziri Tonoyanın siyasi reytinqinin yüksək olmasının çoxlarını narahat etməsi nəzərə alınarsa, səbəb və ya motivlərin diapazonu hansısa bir şəxsi ambisiyadan tutmuş siyasi problemlərədək olan müxtəlif şərtləri əhatə edə bilər.

Bu şərait isə onunla maraq doğurur ki, hakimiyyət sistemində müdafiə nazirinin siyasi reytinqinin yüksək olması həmin sistemdə “siyasi parazitlik etmək”lə bağlı mümkün cəhdləri məhz Baş nazir Paşinyan üçün istisna edən şərait ola bilər. Məlum olduğu kimi, istənilən hakimiyyət dövründə həmişə zaman keçdikcə o hakimiyyətin adı ilə and içən, “siyasi parazitlik” edən qruplar formalaşır. (Tərcümə Strateq.az-ınıdr)

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ən çox oxunanalar