Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova: Qərb Ermənistanı bir oyuncaq kimi görür...

Qərb Ermənistanla kifayət qədər oynayandan sonra bir küncə atılacaq alət kimi görür...

Poliqon xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanın hərbi-siyasi sahədə bəzi razılaşmalar barədə yayılan məlumatı şərh edərkən bildirib.

“Bundan əvvəl İrəvan açıq şəkildə əmin edirdi ki, Qərb ölkələri ilə əməkdaşlığın inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Bu amillərin məcmusunu nəzərə alaraq, Ermənistan hakimiyyətinin ortaya çıxan məlumatlara aydın reaksiya verməsini və ideal olaraq onu təkzib etməsini gözləyirik. Hər halda söz rəsmi İrəvana məxsusdur”, deyə Rusiya XİN-nin mətbuat katibi bildirib.

Zaxarova qeyd edib ki, “Ermənistanın müdafiə təhlükəsizliyinin davamlılığının qurulması” sənədində qeyd olunan planların Rusiya sərhədçilərinin və Rusiya hərbi bazasının Amerika-Aİ-NATO mütəxəssisləri ilə əvəzlənməsinin nəzərdə tutlmasına heç də təəccülənməz.

“Qeyd olunun sənəddə təxribat işlərinin genişləndirilməsini, eyni zamnda Rusiya sərhədçilərinin və Rusiya hərbi bazasının Amerika-Aİ-NATO mütəxəssisləri ilə əvəzlənməsi nəzərdə tutduğu ortaya çıxsa, təəccüblənməyəcəyik. Azərbaycanİranla sərhəddə, o cümlədən Metsamor Atom Elektrik Stansiyasının sökülməsi ilə Ermənistanın kritik infrastrukturunun və enerji sisteminin istiqamətinin dəyişdirilməsi həqiqətən də ABŞ və Aİ nümayəndələri tərəfindən İrəvanın qarşıısına həddən artıq yüksək səviyyədə qoyulub”, deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Zaxarova hesab edir ki, həm Vaşinqton, həm də Brüssel ErmənistanRusiya arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri pozmağı, KTMT və KTMT-yə əsaslanan regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini sarsıtmağı qarşısına məqsəd qoyublar. Eyni zamanda Rusiya XİN-nin rəsmi nümayəndəsi bildirib ki, qərblilər, ən yaxın qonşuları olan Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə arasında nifaq salmağa çalışırlar

“Cənubi Qafqazda sülhün qayğısına qalması haqqında nə qədər gözəl sözlər desələr də, Ermənistana ancaq ABŞ və Aİ-nin yeni böyük yanğını alovlandırmaq istədiyi alət rolu verilir. Birləşmiş Ştatlar və kollektiv Qərb bunu etməyi öyrənib. Onlar barışmağı bilmirlər, məsələləri həll etməyi bilmirlər, qan tökülməsini necə dayandıracaqlarını bilmirlər. Onlar ancaq qızışdırmağı, yola salmağı və sarsıtmağı bilirlər. Qərbin yuxarıda qeyd etdiyi addımların Ermənistanın müdafiə qabiliyyətini bir növ gücləndirəcəyinə, sərhəd təhlükəsizliyini artıracağına və iqtisadi rifahını təmin edəcəyinə inanmaq sadəlövhlükdür. Əksinə, Ermənistanı milli olan hər şeydən - milli müdafiədən, milli iqtisadiyyatdan, milli enerjidən məhrum etmək, bunun müqabilində mümkünsüz yol xəritələri, kağız planlar və digər sonsuz demaqogiya vermək istəyirlər. Dünyanın müxtəlif yerlərində dəfələrlə etdikləri kimi, Ermənistan da tərk ediləcək”, deyə Zaxarova bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar