Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib...

"Report" xəbər verir ki, B.Məmmədov qonaqları salamlayaraq, Agentliyin yaradılması, fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina probleminin miqyası, mina qurbanları, minaların işğaldan azad edilmiş ərazilərdə icra edilən bərpa-quruculuq işlərinə yaratdığı çətinliklər, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin “Böyük Qayıdış” proqramının əsas prioritetlərindən biri olduğunu qeyd edib.

Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk təqdim edilən məlumata görə təşəkkür edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması istiqamətində görülən fəaliyyətin təqdirəlayiq olduğunu bildirib. Ukrayna ərazilərinin minalarla yüksək səviyyədə çirkləndiyini nəzərə alaraq, Agentliklə humanitar minatəmizləmə sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüş zamanı, sahə üzrə qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket: ANAMA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar