Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

İsrail İranın bu ölkəyə hücumuna "zəruri bildiyi zaman" pilotsuz təyyarələr və raketlərlə cavab verəcək, hakimiyyət müxtəlif üsullar üzərində işləyir...

Poliqon xəbər verir ki, bu barədə "The New York Times" adı açıqlanmayan İsrail rəsmisinə istinadən yazıb.

"İsrail lazım bildiyi zaman cavab verəcək" deyən İsrail rəsmisi dövlətin bunu etmək üçün bir neçə yolu olduğunu vurğulayıb.

Nəşrin mənbələrinin məlumatına görə, cavab tədbirləri variantları arasında İsrail İran ərazisinə birbaşa zərbə endirməyi, həmçinin İran ərazisindən kənarda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə hücumu nəzərdən keçirir. "Bundan başqa, kiberhücumlar və sui-qəsdləri də istisna oluna bilməz", deyə qəzet yazıb.

"Eyni zamanda, İsrail ciddi eskalasiyaya başlamadan Tehrana aydın siqnal göndərməyə çalışır", deyə nəşrin mənbələri əlavə edib.

"The New York Times" həmçinin xatırladır ki, İran liderləri İsrailin istənilən zərbəsinə ölkənin qətiyyətlə cavab verəcəyi barədə xəbərdarlıq ediblər.

Aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.

Poliqon.info

 

 


Etiket: İsrail İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar