Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Ramasvamini vitse-prezidentliyə namizədlər siyahısından çıxarıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp respublikaçı Vivek Ramasvamini vitse-prezident postuna namizədlər siyahısından çıxarıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti öz qərarı ilə bağlı Ramasvamiyə şəxsən məlumat verib.

İddia olunur ki, Tramp qalib gələrsə, Respublikaçılar Partiyasından Milli Təhlükəsizlik Naziri vəzifəsinə Ramasvaminin namizədliyi nəzərdən keçirilir. Keçmiş prezidentin müttəfiqlərindən bəziləri onu ideal namizəd kimi görürlər, çünki Vivek Ramasvaminin “ictimai nitqdə üstün olduğuna və bir immiqrantın oğlu kimi geniş miqrasiya məhdudiyyətləri ilə bağlı tənqidləri neytrallaşdıra biləcəyinə” inanırlar.

Xatırladaq ki, 2016-cı ildə Meksika ilə sərhəddə divarın tikintisi Donald Trampın seçki proqramının əsas məqamlarından biri idi.

Qeyd edək ki, yanvar ayında Ramasvami prezidentlik yarışından çıxdı və Trampı dəstəklədi. Amerikanın ştatlarında keçirilən ilkin seçkilərin nəticələrinə görə, Donald Tramp və Ağ Evin hazırkı rəhbəri Co Bayden partiyalarının qurultaylarında namizədlik üçün lazım olan səsləri toplayıblar.

Donald Tramp artıq xəbərdarlıq edib ki, onun seçki kampaniyasını pozmaq cəhdləri Amerika üçün “qanlı qırğına” çevrilə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar