Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin koronavirusla bağlı göstərişlər verdi

Rusiya prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı bir sıra göstərişlər verib. Rusiya prezidentinin sözügedən göstərişləri Kremlin saytında dərc olunub. Məlumata əsasən, Putin regional rəhbərlərə gecə əyləncə tədbirlərinin keçirilməsini qadağan etməyi tapşırıb. Bildirilir ki, yeni qaydalara əsasən, ictimai iaşə xidmətləri 23:00-dan 06:00 qədər fəaliyyət göstərməməlidir.

Bununla yanaşı, Rusiya prezidenti regionların qubernatorları və müəssisə rəhbərlərinə əməkdaşları koronavirusa qarşı peyvənd olunması halında iki günlük işdən möhlət vermələri tapşırılıb. Sözügedən günlər üçün əməkdaşların əmək haqqları saxlanılacaq. Həmçinin Putin 60 yaşdan yuxarı olan və xroniki xəstəliyi olan əməkdaşların koronavirusa qarşı peyvənd olunmaları və immunitetin yaranması üçün 4 həftəlik distant iş rejiminə keçirmələri barədə tapşırıq verib.

Eyni zamanda, Rusiya prezidenti ölkədə koronavirus testlərinin əhatə dairəsinin artırılması ilə bağlı göstərişlər verib. Bununla yanaşı, Rusiya prezidentinin tapşırıqları əsasında, COVID-19-lu xəstələrin stasionar müalicəsi üçün tələb olunan bahalı dərmanlar alınaraq bölgələrə çatdırılacaq.

Qeyd edək ki, Rusiyada ötən sutka ərzində 37 930 yeni yoluxma halı qeydə alınıb. Bununla da, bu ölkədə pandemiya dövründə ümumi yoluxanların sayı 8 279 573-ə çatıb. Bununla yanaşı, son sutka ərzində Rusiyada 1 069 nəfər koronavirusdan dünyasını dəyişib və pandemiya ərzində virusdan ölənlərin sayı 231 669-a yüksəlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar