İsrailin müdafiə naziri Beni Gantz bazar günü adı açıqlanmayan bir ölkəyə 4 günlük rəsmi səfərə gedib.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, qarşıdakı səfərdə təhlükəsizlik məsələləri müzakirə olunacaq: “Nazirin səfər edəcəyi ölkənin adı yalnız qayıtdıqdan sonra açıqlanacaq".
Beni Gantzın oktyabrın 28-də günortadan sonra səfərdən qayıdacağı bildirilir.
pia.az