Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşuldu... - Hansı yeni çağırışlar olacaq?

ŞƏT-in hazırda beynəlxalq aləmdə geosiyasi təsirləri hansı səviyyədədir?.

Siyasi şərhçi: “İranın Şanxay Əməkdaşlıq Təşkilatı blokuna daxil olması artıq İranın yeni mərhələdə strateji seçim etdiyinin göstəricisidir”.

“Hazırda dünyada yeni nizam quruculuğu gedir. Bununla bağlı geopolitik qarşıdurma artıq həlledici mərhələyə daxil olub”.

Bu sözləri siyasi şərhçi Sülhəddin Əkbər İranın Şanxay Əməkdaşlıq Təşkilatının tam hüquqlu üzvünə çevrilməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ötən həftə İran Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbədə keçirilən toplantısında bu təşkilatın tam hüquqlu üzvü olub.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb. Təşkilatın yaradılmasında məqsəd beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə və iqtisadi əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdən ibarət olub. İran 2005-ci ildə bu təşkilata daxil olmaq üçün müraciət edib və ona müşahidəçi statusu verilib. Hindistan və Pakistan da 2017-ci ildə təşkilata daxil olublar. Təşkilatın mənzil-qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir.

ŞƏT-in hazırda beynəlxalq aləmdə geosiyasi təsirləri hansı səviyyədədir və İranın bu təşkilata üzv olması hansı yeni çağırışlara səbəb ola bilər?

İranın Şanxay Əməkdaşlıq Təşkilatının üzvlüyündən sonra yaşana biləcək hadisələri PİA.az-ın əməkdaşı siyasi şərhçi Sülhəddin Əkbər ilə müzakirə edib.

Sülhəddin Əkbər: “İran artıq açıq şəkildə bloklar arası qarşıdurmanın tərəfinə çevrilib”.

Dünyada bloklaşma prosesinin getdiyini vurğulayan siyasi şərhçi PİA.az-a bildirib ki, bunun nəticələrinə də biz yaxın gələcəkdə görəcəyik:

“Bildiyimiz kimi hazırda dünyada yeni nizam quruculuğu gedir. Bununla bağlı geopolitik qarşıdurma artıq həlledici mərhələyə daxil olub. Bu həlledici mərhələnin xarakterik xüsusiyyətindən biri də blokların yaranması, bloklaşma prosesidir.

İndi artıq bloklaşma prosesi başlayıb. ABŞ və prezidenti bu bloklaşmanı qütblər olaraq demokratik dünya ilə avtoritar dünya kimi göstərirlər. Yəni bir tərəfdə demokratik dünyada, digər tərəfdə də avtoritar dünyada bloklaşma prosesi gedir. Bu bloklardan ən böyüyü də Şanxay Əməkdaşlıq Təşkilatına İranın daxil olmasıdır.

Sülhəddin Əkbər: “ABŞ və prezidenti bu bloklaşmanı qütblər olaraq demokratik dünya ilə avtoritar dünya kimi göstərirlər”.

Digər tərəfdən də yeni birliklər yaranır. Bildiyimiz kimi AUKUS deyilən müdafiə bloku quruldu. Bu bloka ABŞ, Böyük Britaniya və Avstariliya daxildir. Bu blokdan əvvəl Kvat bloku qurulmuşdu. Bu bloka da ABŞ, Yaponiya, Hindistan və Avstariliya daxil idi.

Gördüyünüz kimi dünyada bloklaşma prosesi gedir. Bunun nəticələrinə də biz yaxın gələcəkdə görəcəyik. İranın Şanxay Əməkdaşlıq Təşkilatı blokuna daxil olması artıq İranın yeni mərhələdə strateji seçim etdiyinin göstəricisidir. İran artıq açıq şəkildə bloklar arası qarşıdurmanın tərəfinə çevrilib”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar