Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş polis zabiti Çeçenistanda insanları məhkəməsiz necə öldürdüklərindən danışıb - Video

Çeçenistandakı Axmad Kadırov adına polis alayının keçmiş zabiti, anonim olmayan mənbələrdən birincisi olan Süleyman Qezmaxmayev 2016-2017-ci illərdə Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən məhkəmədənkənar edamlardan açıq danışmaqdan çəkinməyib.

Bakuexo.az bildirir ki, insan haqları fəallarının fikrincə Çeçenistanda bu cür məlumatların ictimaiyyətə çatdırılması son dərəcə təhlükəlidir.
Polisdən ayrılaraq məhkəməsiz qətllərdə iştirakdan imtina edən Süleyman Qezmaxmayev 2017-ci ilin yayında xaricdə sığınacaq almağa çalışdı. O zaman ilk olaraq Almaniyada miqrasiya xidmətinin bir zabitinə verdiyi müsahibədə işgəncə və məhkəmədənkənar edamlar barədə ətraflı danışdı. Bu müsahibə çox vacib idi, çünki Qezmaxmayev şəxsən şahidi olduğu hadisələr barədə məlumat verirdi. O vaxta qədər ictimai məkanda 2017-ci ilin yanvar ayına qədər Axmad Kadırovun adını daşıyan alay ərazisində insanların tutulması və edamı barədə heç bir məlumat verilməmişdi.

Sığınacağın rəsmi şəkildə rədd edilməsindən sonra “Novaya Qazeta” onunla əlaqə qurub. Nəticədə Süleyman Qezmaxmayev “Vəkillər Kollegiyası haqqında” qanuna və Rusiya Federasiyası Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq rəsmi şəkildə notariat qaydasında təsdiqlənmiş və 37 səhifədən ibarət olan ifadə verib. Və bundan sonra, 2021-ci il mart ayının 15-də “Novaya Qazeta” Yelena Milaşina verilmiş müsahibə əsasında “Çeçenistan polisində xidmət etdim və insanları öldürmək istəmədim” adlı bir reportaj hazırladı.

Ancaq Rusiyada deyil, dünyada rezonans yaradan müsahibəyə isə Çeçenistanın başçısı Ramzan Kadırov DİN-dəki müşavirədə (qeyd edək ki, həmin müşavirə Qezmaxmayevin verdiyi müsahaibə ilə bağlı keçirilirdi- bakuexo.az) belə münasibət bildirdi:

“Bu narkomanın polkda xidmət etməyini demək ayıbdır. Əvvəlcə sığınacaq almaq üçün Almaniyaya qaçdı, orada öz sərgüzəştlərini danışdı, lakin dedikləri inandırıcı olmadı, qayıtdı Piterə, oradakı bütün narkomanları tanıyırdı. Orada o qədər borca düşdü ki, ödəyə bilmədiyindən pul müqabilində müsahibə üçün yeni şeylər uydurdu. Bunlar nağıldır: burda boğdular, orada götürdülər, asdılar, güllələdilər. Və hər yerdə odur… Nədir, Çeçenistanda ondan başqa adam yox idi..?”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar