Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin hakimiyyətdən gedir: Müharibə başlayacaq

Rusiya Prezidenti Vladimir Putinin ağır xəstə olması barədə deyilənlərin ciddi əsası var. Görünür, o, hakimiyyəti varisinə təhvil verməyə hazırlaşır.

PİA.az xəbər verir ki, bu sözləri ukraynalı siyasi ekspert Andrey Qolovaçev öz məqaləsində yazıb.

Ekspert iddia edir ki, il yarım ərzində Putin hakimiyyətdən gedəcək:

"Hazırda isə Rusiyada ÜDM uğrunda qruplaşmaların savaşı gedir. Putindən sonra Kremlin siyasəti necə ola bilər? Prinsip etibari ilə 2 variant var: Birincisi, ABŞ-a təzim etmək, hər şeydə Putini günahlandırmaq və aktivlərin toxunulmazlığı qarşılığında Rusiyanın Ukrayna, Suriya, Qafqaz, Belarus və Dnestryanından çəkilməsi... Şübhə yoxdur ki, məhz Bayden administrasiyası Rusiyadan bu münasibəti gözləyir. Bu ssenarinin mümkünlüyü 15 faizdir.

İkinci ssenariya görə isə Rusiyanın özünü təcrid etməsi, Qərb əleyhinə vətənpərvər isterikanın yüksəlişi, yeni lider ətrafında toplanma və Rusiyanın bir növ Şimali Koreyaya çevrilməsi... Bu ehtimalın inandırıcılığı isə 85 faizdir.

İkinci ehtimal Donbasda genişmiqyaslı müharibənin bərpası deməkdir. Belə olan halda ABŞ Ukraynaya yardım edəcək və nəticədə Ukrayna-Rusiya savaşı baş verəcək. Bu müharibə nəticəsində Ukrayna daha böyük ərazi itirəcək. Bu, Ukraynada ağır siyasi böhrana, ölkənin bütövlüyünə təsir göstərəcək iqtisadi çöküşə gətirəcək”. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar