Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Aybəniz Abdullayevanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Tovuz rayonuna getməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə A. Abdullayeva yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Bundan başqa, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları da koronavirus infeksiyasına yoluxan şəhər sakini Ramil Məmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edərək mağazaya getməsini və beləliklə digər şəhər sakinlərinin sağlamlığını ciddi təhlükəyə atmasını müəyyən ediblər. Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib. Onun barəsində Nizami RPİ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində daha bir şəhər sakini Mehman Nəcəfovun yaşadığı ünvanı tərk etməsi, dostları ilə yaxın təmasda olması və beləliklə “Covid-19” virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi prosedurlar gözləməklə onu yaşadığı evə göndərib. M. Nəcəfov barəsində toplanan materiallar araşdırılması üçün Kəpəz RPİ-nin Təhqiqat Bölməsinə göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ən çox oxunanalar