Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndində qurumlararası humanitar mərkəz fəaliyyətə başlayıb

Xankəndindəki Qurumlararası Humanitar Yardım Mərkəzi tam şəkildə fəaliyyətə başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.

Mərkəzin əsas vəzifələri daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların geri qaytarılması, mülki infrastrukturun bərpasına kömək və əhalinin normal həyatı üçün şəraitin yaradılması, Rusiya dövlət orqanlarının və təşkilatlarının hərbi əməliyyatların aparıldığı ərazilərin sakinlərinə humanitar yardım göstərilməsi üçün fəaliyyətlərinin koordinasiyasıdır.

Mərkəz həmçinin AzərbaycanErmənistanın dövlət qurumlarına beynəlxalq humanitar təşkilatlarla qarşılıqlı əlaqələrin təşkilində yardım edəcək.

“Mərkəzin əsası digər federal icra orqanlarının cəlb edilməsi ilə Müdafiə Nazirliyinin bölmələrindən ibarətdir”, - Mizintsev deyib.

Noyabrın 19-da Qarabağda humanitar məsələlərin həlli üçün daha 5 mərkəz yaradıldığı elan edilib.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağda tam atəşkəs qüvvəyə minib.

Atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasında 1 960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar