Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Görünməmiş hadisə-cinayətkar, terrorçu dəstənin başçısı kömək üçün Putinə yalvarıb...”

Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın dünən Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək hərbi əməliyyatların dayandırılması üçün ona yalvarması düşmənin hansı acınacaqlı durumda olduğuna dəlalət edir. Virtualaz.org xəbər verir ki, Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov özünün Twitter səhifəsində Araik Arutyunyanın bu miskin yalvarışlarına münasibət bildirib.

“Görünməmiş hadisə - cinayətkar terrorçu dəstənin başçısı A.Arutyunyan kömək üçün Rusiya Prezidentinə yalvarıb. Bu, Azərbaycanın dinc əhalisinin qətlinə görə qaçılmaz məsuliyyətdən yayınmaq üçün edilən mənasız cəhddən başqa bir şey deyil”,-Fuad Ələsgərov ermənilərin müharibə və terror cinayətərinə “stop” həştəqi ilə tvit yazıb.

Qeyd edək ki, hərbi əməliyyatların başladığı ilk günlərdə ermənilərin “müharibə allahı” olduqları barədə pafoslu bəyanatlar verən və tezliklə Azərbaycanı məğlub edəcəkləri haqda danışan Araik Arutyunyan Putinə məktubunda “Dağlıq Qarabağ erməniləri ilə Rusiya arasında tarixi dostluqdan” uzun-uzadı danışır. Və ondan hərbi əməliyyatların dayandırılması üçün acizanə şəkildə kömək istəyir. “Sizdən xahiş edirəm ki, döyüş əməliyyatlarının dayandırılması və siyasi prosesin bərpa edilməsi üçün bütün mümkün olanı edəsiniz”,-şəxsən törətdiyi hərbi cinayətlərə görə Azərbaycanda barəsində cinayət işi qaldırılan Arutyunyan bildirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar