Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA avtobusların gecikməsinin səbəbini açıqlayıb

Ötən gün axşam saatlarında (saat 18:00-20:30 aralığında) müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr müşahidə olunub. Nəticədə sərnişin tələbatı yüksək olan dayanacaqlarda sıxlıqlar yaranıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişinlərin narahatlığına səbəb olan bu vəziyyətin yaranması axşam pik saatlarında əsas küçə və prospektlərdə tıxacların olması ilə əlaqədardır. Xətlərə adi rejimlə müqayisədə 13-15% artıq avtobus cəlb olunmasına və daha 70 avtobusun isə ehtiyyat kimi xətlərə çıxarılmasına baxmayaraq avtobuslar tıxacda qalaraq təyinat yerlərinə vaxtında çata bilməyib.

Məsələn, “Koroğlu”-“28 May” istiqamətində hərəkət edən 8-ə yaxın müntəzəm və ekspres xətlər üzrə təxminən 50-dan artıq avtobus bir saatdan da artıq müddətdə sıxlıqda qalıb. Bu hal “28 May” m/st-nın ətrafı da daxil olmaqla “Koroğlu” m/st-na qədər bütün dayanacaqlarda sərnişinlərin uzun müddət avtobus gözləməsinə səbəb olub. Eyni vəziyyət Əhmədli-Q.Qarayev-Z.Bünyadov-20 Yanvar dairəsi və əks istiqamətində də müşahidə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar