Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmosda üzüm yeyən ABŞ və Rusiya yerdə də iş birliyi içindədir...

ABŞ Rusiyada istehsal olunan S-400 raketlərini alan Türkiyəyə qarşı sanksiyalar tətbiq edərkən, həmin raketlərin sahibi olan Rusiya ilə kosmosda niyə üzüm yeyir?..

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 16 oktyabr 2020-ci il

İki rus və bir amerikalı kosmonavtı daşıyan Rusiyanın “Soyuz MS-17” kosmik gəmisi hazırda kosmosda araşdırma aparan Beynəlxalq Kosmik Stansiyada birgə çalışmaq üçün Qazaxıstandakı Baykonur Kosmik Bazasından kosmosa buraxılıb.

Rus kosmonavtlar Sergey Rıjikov və Sergey Kud-Sverçkov və amerikalı kosmonavt Keyt Rubinsi götürən MS-17 kapsulu göndərildikdən 3 saat sonra kosmik stansiyaya çatıb. Beynəlxalq Kosmik Stansiya üçün lazımlı materialları da gətirən 3 nəfərlik heyət tərəfindən çəkilən fotoşəkildə isə təkcə bəzi hərflərin tərs yazılan “Baykonur xatitəsi” plakatı əksik görünür.

Beynəlxalq Kosmik Stansiya ABŞ, Rusiya, Avropa Birliyi, Kanada və Yaponiya tərəfindən ortaq şəkildə idarə olunur və kosmosda elmi araşdırmalar aparmaq üçün istifadə olunur. İndi sual olunur: ABŞ Rusiyada istehsal olunan S-400 raketlərini alan Türkiyəyə qarşı sanksiyalar tətbiq edərkən, həmin raketlərin sahibi olan Rusiya ilə kosmosda niyə üzüm yeyir?

Türkiyə baxımından baxsaq, Suriyanın şimal-şərqində 30 kilometr dərinliyində “təhlükəsiz zona” yaratmaq üçün ABŞ-la razılıq əldə edilib və həyata keçirilib. Bənzər bir razılaşma Rusiya ilə də əldə olunub və İdlib-Suriya sərhədində türk-rus ortaq patrulunun aparılmasına qərar verilib. Bu razılaşma da tətbiq olunur.

Suriya Aralıq dənizi üzərindəki bir türk təyyarəsini vurmuş və bundan 3 il sonra Türkiyə də Hatayın cənubundakı türk hava sahəsini pozan bir rus təyyarəsini vuraraq buna cavab vermişdi. Rusiya isə Suriyaya gedən bir türk bölməsini havada vurub. Yəni Rusiya Türkiyə ilə razılıq əldə etsə də, Suriya məsələsinə görə bəzən üz-üzə gəlir.

Bəs ABŞRusiya heç Suriyada üz-üzə gəldimi? Təbii ki, gəlmədi. Qırıcı təyyarələr əməliyyat keçirmədən əvvəl qarşı tərəfi məlumatlandırır. Aralarındakı yeganə münaqişə rus və amerikalı əsgərlərin yolda bir-birlərini ötməyə çalışmasıdır. Yəni bu iki ölkə Suriyanın şimalını bölüşür. Türkiyəyə Suriya sərhədində dar bir zolaq veriblər və zolağın cənubundakı torpaqların şərqini ABŞ, qərbini isə Rusiya bölüşdürür. Görünür ki, iki ölkə arasında PYD dövlətinin yaradılması məsələsində elə də fikir ayrılığı yoxdur. ABŞ PYD-ni silahlandırıb dövlətə çevirdi. Rusiya da PYD-yə muxtar status verilə biləcəyini söyləyir.

Sovet İttifaqı Əfqanıstanı işğal etdikdən sonra ABŞ mücahidlərdən istifadə etmişdi və buna görə də Sovet dövləti dağılmışdı. Putinin dövründə isə Rusiya ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatını dəstəkləyirdi.

Rusiya ABŞ-ın İraqı işğalı etməsinə də göz yumdu

İndi Qarabağ bölgəsindəki qarşıdurmanın məqsədi Çinin “Bir Kəmər Bir Yol” layihəsinin, yəni “Yeni İpək Yolu”nun bu bölgədən keçməsinə icazə verməməkdir. Azərbaycanla Ermənistanı taraz vəziyyətdə saxlamağa çalışırlar, ancaq əslində türk dünyasının boğazını sıxmağa çalışırlar. Çünki Qarabağın və Zəngəzur dəhlizinin işğalı türk dünyasının quru və dəmir yolu əlaqəsini kəsir.

Böyük Yaxın Şərq Layihəsinə görə, İran, Türkiyə və Qafqazın arasına “Azad Kürdüstan” girir. Əgər bu layihə reallaşsa, Çinin, “Bir Kəmər Bir Yol” layihəsi ilə İran və Türkiyə üzərindən Avropaya çatmasının da qarşısı alınar. ABŞRusiyanın bu bölgədə Türkiyə ilə əldə etdiyi razılaşmalar da Bərzani dövləti ilə birləşdiriləcək PYD-ni qoruyur.

Şərqi Aralıq dənizində də ABŞRusiya Avropa ilə yanaşı, Türkiyəni də kənarlaşdırmağa çalışır.

Yaltada ABŞ, Rusiya və İngiltərənin dünyanı bölüşdürməsindən 75 il sonra ABŞRusiya yenə də Çin, İran və Türkiyəyə qarşı iş birliyi içində çalışırlar. Onsuz da ABŞRusiya heç vaxt düşmən olmayıblar. Üstəlik, Türkiyə və digər türk ölkələri də onların ortaq layihələrində istifadə edilirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin Rusiya ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar