Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bölgədə terror riskləri artır” - Politoloqdan Paşinyanın xalqa müraciətinə şərh

Politoloq: “Paşinyanın xalqa müraciəti ondan xəbər verir ki, Ermənistan demək olar məğlubiyyətin astanasındadır”

“Buna baxmayaraq Paşinyan dünən müraciətində müharibəyə çağırış etdi. Bu da ondan xəbər verir ki, Ermənistan uzun illərdir yürütdüyü qəsbkarlıq siyasətindən əl çəkmək istəmir”.

Bu sözləri politoloq İlqar Vəlizadə dünən Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa etdiyi müraciəti PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən erməni xalqlna müraciəti zamanı etiraf edib ki, Azərbaycan ordusu Qarabağda irəliləyir və ermənilər tərəfdən çoxlu itkilər var.

O çıxışı zamanı Azərbaycan ordusunun döyüş taktikasını dəyişdirdiyini bildirib:

“Bizim çoxlu itkimlərimiz var. Ölmüş hərbçilər mənim, ailəmin itkiləridir. Son günlərdə Ermənistan ordusu geri çəkilib. Azərbaycan taktikasını dəyişərək kiçik qruplarla hücuma keçir.

Biz başa düşməliyik ki, Qarabağda bizim üçün çox ağır vəziyyət yaranıb. Mən sizə həqiqəti söyləyirəm ki, biz birləşə bilək”.

Ümumilikdə bu müraciət Ermənistanının hərbi-siyasi vəziyyətini necə xarakterizə edir və qarşı tərəf sülhə hazır görünürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Ermənistan hakimiyyəti, yəni Paşinyan və ətrafındakılar nə qədər qurban tələb olunursa, onu verməyə hazır kimi görünür”.

Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətlərini görsə də, xalqa çatdıramağa qorxduqlarını düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, onlar xalqın qəzəbindən qorxurlar. Həm də hərbi-siyasi rəhbərlik xalqa erməni ordusunun məğlubiyyətlərini desələr ölkə daxilində vəziyyətin dəyişəcəyini bilərlər:

“Paşinyanın xalqa müraciəti ondan xəbər verir ki, Ermənistan demək olar məğlubiyyətin astanasındadır. Onların hərbi-siyasi rəhbərliyi bu məğlubiyyəti görsə də, xalqa çatdıramağa qorxurlar. Çünki xalqın qəzəbindən qorxurlar. Həm də hərbi-siyasi rəhbərlik bilir ki, xalqa məğlubiyyətlərini desələr ölkə daxilində vəziyyət dəyişə bilər. Buna görə də buna curət göstərmirlər.

Bütün hallarda hadisələr onu göstərir ki, Ermənistan məğlub olmuş haldadır. Amma Ermənistan hərbi-siyasi rəhbərliyi ilk gündən reallığı olduğu kimi dərk etmək istəmirlər. Hələ indi-indi Ermənistan hakimiyyəti məğlubiyyətlərini az da olsa, etiraz etməyə başlayıblar. Buna baxmayaraq Paşinyan dünən müraciətində müharibəyə çağırış etdi. Bu da ondan xəbər verir ki, Ermənistan uzun illərdir yürütdüyü qəsbkarlıq siyasətindən əl çəkmək istəmir.

İlqar Vəlizadə: “Ermənistan orduya terrorçuları və yaxud da bu işlərə əli bulaşan insanları dəvət edəcək”.

Ermənistan hakimiyyəti, yəni Paşinyan və ətrafındakılar nə qədər qurban tələb olunursa, onu verməyə hazır kimi görünür. Onlar öz hakimiyyətləri namonı erməni xalqını qurban verirlər.

Həmçinin Paşinyan diasporlara müraciət etdi. Yəni Paşinyan xaricdə yaşayan erməniləri də müharibəyə çağırdı. Yəqin ki, onlar muzdlu qismində orduda vuruşacaqlar.

Ümumiyyətlə Paşinyanın dünənki çıxışı regionda təhlükəsizliyə təhdiddir. Çünki bölgəyə muzdluları və terrirçuları dəvət edilməsi bütün Cənubi Qafqazda terror risklərini artır. Məlumdur ki, müxtəlif ölkələrdə yaşayan ermənilərin bir qismi terror fəaliyyəti ilə məşğul olurlar. Görünən odur ki, Ermənistan orduya terrorçuları və yaxud da bu işlərə əli bulaşan insanları dəvət edəcək. Bu da bölgəyə yaxşı heç nə vəd etmir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar