Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan əleyhinə cəbhələşmə: 25 ildə heç nəyə nail olmamış vasitəçilər tərəflərə "doğru yol" göstərirlər

İqor Subbotin
“Nezavisimaya qazeta”, 30.09.2020

Dağlıq Qarabağ bölgəsindəki kəskinləşmə Vaşinqtonda, Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə rəhbərliyinə qarşı tənqidlər doğurub. Demokrat Partiyasının üzvləri Ankaranı münaqişə bölgəsindən kənarda qalma barədə xəbərdar etməklə yanaşı, Donald Tramp administrasiyasını da NATO müttəfiqinə arxa çevrmək üçün addımlar atmağa çağırıblar. Fransa prezidenti də sərt açıqlamalar verib. Aralıq dənizində Afina ilə son mübahisələr fonunda onsuz da sarsılan Ankaranın nüfuzu üçün vəziyyət riskli olur.

Demokratları təmsil edən ABŞ prezidentliyinə namizəd Cozef Bayden Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki rolunu mənfi qiymətləndirib. “Dağlıq Qarabağda və ətrafında qurban sayının sürətlə artdığını nəzərə alaraq, Tramp administrasiyası ErmənistanAzərbaycan liderlərini bu gərginliyi dərhal dayandırmağa çağırmalıdır”, – deyə siyasətçi “Twitter”-də yazıb. – O, Türkiyə kimi digər qüvvələrin də bu qarşıdurmadan kənarda qalmasını tələb etməlidir”.

Bayden öz tvitinə Ərdoğanın Ermənistan rəhbərliyini “işğal olunmuş Azərbaycan ərazilərindən çəkilmək” çağırışını əks etdirən “Reuters” materialının linkini əlavə edib.

Baydenin fikri demokratik düşərgənin digər nümayəndələri tərəfindən paylaşılır. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engel də Türkiyə rəhbərliyini münaqişənin həllinə mane olmaqda günahlandırıb. Yazılı açıqlamasında o bildirib: “ABŞ, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Türkiyənin sülh prosesini pozmasına, eləcə də onsuz da gərginləşmə meyli göstərən münaqişənin kəskinləşməsinə göz yummamalıdır”.

Mətndə deyilir ki, “münaqişəyə ehtiyatsızlıqla müdaxilə edən Türkiyə kimi xarici aktyorların təsiri yalnız həyəcanvericidir”.

Demokratik senator Robert Menendes “Greek Current”-ə verdiyi müsahibədə ABŞ-Türkiyə münasibətlərinin vəziyyətini ümumi qiymətləndirib. Menendes “Türkiyəni məsuliyyətə cəlb etmək” məsələsinə gəldikdə, Tramp administrasiyasının həmişə çəkinməyə başladığından kədərlənib. “Bu, rəhbərliyin diqqətini daim cəlb etməyə çalışdığım şeylərdən biridir: biz Türkiyəyə qarşı istədiyimiz kimi davrana bilmirik”.

Bundan əlavə, o, Amerika liderinin Ərdoğanla “yaxın münasibətlərdən” qürur duyması ilə narahat olduğunu dilə gətirib: “Məsələləri daha da pisləşdirən budur ki, ABŞ bu münasibətlərdən heç nə əldə etmir”.

Ankara ilə Vaşinqton arasındakı münasibətlər son aylarda pisləşmə tendensiyası nümayiş etdirib. Türk tərəfinin Aralıq dənizinin Yunanıstana aid bölgələrində araşdırma işlərinə başlaması buna təkan verib. Regional münaqişədə gərginlik səviyyəsinin indiyə qədər azalmasına baxmayaraq, Ankara və Afinanın öz üsulları ilə həll etmək istədiyi dəniz hüdudları məsələsi hələ də dalana dirənir.

Amerika mövqeyinin Nikosiya və Afinanın mövqelərinə yaxın olduğu ortaya çıxıb, bunu dövlət katibi Maykl Pompeonun Yunanıstana turnesi çərçivəsində Krit adasındakı Amerika hərbi bazası “Suda”ya sentyabrın 29-da səfəri bir daha sübut edib.

Dövlət Departamentinin rəhbəri yaxın zamanlarda ABŞ-ın “USNS Hershel Williams” ekspedisiya-tərsanə gəmisini türk sahilindən cəmi min kilometr məsafədə yerləşən bu limana aparılacağını açıqlayıb. Gəmi ABŞ Silahlı Qüvvələri Afrika Komandanlığının ixtiyarındadır və əlbəttə, Türkiyə ilə Yunanıstan arasında baş verməsi halında, yüksək intensivli bir qarşıdurmanın qarşısını almaq üçün istifadə edilə bilməz. Bununla birlikdə, “New York Times”-ın diqqət çəkdiyi kimi, gəminin Kritdə, Ankaranın bu yaxınlarda araşdırma gəmiləri göndərdiyi yerdən çox yaxında yerləşməsi Ərdoğana “Amerikanın artan qıcıqlanması” mövzusunda rəmzi bir xəbərdarlıq ola bilər.

Türkiyə parlamentində millət vəkili olmuş Demokratiyanı Müdafiə Fondunun (ABŞ) Türkiyə proqramının baş direktoru Aykan Erdemir “NQ” ilə söhbətində bildirib ki, Dağlıq Qarabağda təkcə ErmənistanAzərbaycanla deyil, həm də Rusiya və Türkiyə ilə əlaqəli genişmiqyaslı silahlı qarşıdurma prezident seçkiləri ilində ABŞ-ın istəməiyi bir şeydir. Erdemir deyib: “Bölgədəki qarşıdurmanın əvvəlindən Vaşinqton vəziyyətin danışıqlar yolu ilə həll olunmasını müdafiə edib və ATƏT-in Minsk qrupunun təşəbbüsünü dəstəkləyib. Bu hələ də ABŞ-da ikitərəfli konsensusdur”.

Erdemirin sözlərinə görə, Amerika siyasi elitası düşünür ki, Türkiyənin növbəti dəfə vəziyyəti gərginləşdirmə xətti ABŞAvropa ölkələrinin vasitəçilik səylərinə xələl gətirə bilər: “Bu baxımdan, Ankaradan siyasəti və ritorikasını yumşaltması xahiş olunur. Türkiyənin Minsk qrupuna üzv dövlətlərdən biri olaraq diplomatik danışıqlarda vasitəçi ola biləcəyini ümid edirəm”.

Aralıq dənizi mübahisəsinin başlamasıyla, nəhayət, Türkiyənin düşməni düşərgəsinə köçən Fransanın da Ərdoğanı tənqid etməsi təəccüblü deyil. Fransa prezidenti Emmanuel Makron Latviyaya səfəri zamanı təşkil etdiyi mətbuat konfransında deyib: “Türkiyənin bəyanatları düşünülməmiş və təhlükəlidir. Fransa hələ də Türkiyədən gələn və Azərbaycanı Dağlıq Qarabağı “geri almağa” sövq edən ciddi bəyanatlardan son dərəcə narahatdır. Bunu qəbul etmirik”.

Makron vurğulayıb: “Ermənistana və ermənilərə açıq şəkildə deyirəm: Fransa rolunu oynayacaq, biz ayıq olacağıq və suverenliyə əməl olunmasına nəzarət edəcəyik”.

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar