Bazar, 27 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ-in Ankaraya qarşı İncirlik blefi – “Hərbi baza mübahisəli yunan adasına köçürülə bilər”

“Vaşinqton Ankaranın "narahatedici" siyasəti üzündən İncirlik hava bazasını yunan adalarından birinə köçürməyi düşünür”.

PİA.az xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin Avropa şöbəsinin rəhbəri Ron Conson deyib.

"İncirlikdə nə olacağını bilmirik. Ən yaxşısına ümid edirik, ancaq ən pis ssenari üçün də plan hazırlamalıyıq", - Ron Cohnson “Washington Examiner” nəşrinə açıqlamasında bildirib.

Senator açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016-cı ildə uğursuz çevriliş cəhdinin qarşısını aldıqdan bəri ABŞ-ın onlarla nüvə silahının saxlanıldığı İncirlik hərbi bazasına girişini əngəlləyəcəyini dəfələrlə təhdid vasitəsi kimi istifadə etdiyini irəli sürüb.

"Bu təhdid ABŞ ilə NATO-nun ikinci böyük ordusuna sahib ölkə arasındakı güvən balansında böyük bir dəyişikliyə səbəb ola bilər", - senator belə deyib.

Senator həmçinin, Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə yaxınlaşması və NATO-nun digər müttəfiqlərinə qarşı mövqeyinin Amerika rəsmiləri qəzəbləndirdiyini də gizlətməyib.

Senator Ron Cohnson

"Bu strateji dəyişikliyi istədiyimizi düşünmürəm",-deyən Conson, amma “hərbi reallıqlar baxımından Ərdoğanın tutduğu mövqeyin də yaxşı yol olmadığına” inanır: “Ərdoğan keçmişdə Amerikalıları İncirlikdən qova biləcəyini, təxminən 50 nüvə başlığının bölgədə yeni bir evə ehtiyac olduğunu dilə gətirməkdən çəkinmədı, bizim də İncirlikdən mümkün çıxış barədə düşünəndə ağlımıza gələn ilk alternativ Yunanıstandır”.

Senatora görə, Türkiyə ilə NATO müttəfiqləri arasında ilk fikir ayrılığı Ankaranın Rusiyanın S-400 HHM sistemini əldə etməsi ilə başlayıb: “Daha sonra Tramp administrasiyası Türkiyəni F-35 qırıcı proqramından çıxardı və nəhayət, Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində gərginliyi başladı”.

Senator Conson deyib: "Ərdoğanın Türkiyə təqdimatı çox uğursuzdur. Bu, bizi xeyli narahat edir. Yunanıstanla hərbi əməkdaşlığımızı artırmağımızın və inkişaf etdirməyimizin əsas səbəblərindən biri də, şübhəsiz ki, budur. Açığını deyim, biz Souda bazasında hərbi qüvvələrimizi artıq gücləndirməyə başlamışıq, çünki Türkiyədəki varlığımız mütləq təhdid altındadır”.

Qeyd edək ki, ABŞ senatorunun İncirlik bazasındakı hərbi qüvvələrin və nüvə başlıqlarının köçürmək istədikləri yer kimi adını çəkdiyi Souda hərbi bazası Girit adasında yerləşir. Yunanıstanın ən böyük adası sayılan Girit isə Ankara ilə Afina arasında ən çox mübahisə doğuran torpaq sahəsidir.



Türk beynəlxalq hüquq mütəxəssislərinin fikrincə, Girit adası barədə indiyədək 4 saziş imzalanıb: 30 may 1913-cü il tarixli London sazişi, 10 Avqust 1913-cü il tarixli Buxarest, 14 noyabr 1913-cü il tarixli Afina və 24 iyul 1923-cü il tarixli Lozanna müqavilələri. 4 müqavilənin 4-də də adanın yalnız dörddə bir hissəsi Yunanıstana verilib. I Dünya müharibəsindən sonra qarışıqlıqdan istifadə edən Yunanıstan Giritin tamamına yiyələnib və zaman-zaman adanın hüquqi statusu ilə bağlı Ankara ilə Afina arasında ciddi mübahisələr yaşanır.

Odur ki, ABŞ-ın İncirlik bazasını Giritə köçürməsi NATO-nun iki üzvü – Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi nəinki azaltmaz, əksinə daha da artırar. Zira ABŞ hərbi bazasının mübahisəli adada yerləşdirilməsi oradakı mövcud status-kvonun möhkəmləndirilməsi deməkdir. Bu isə Türkiyənin milli maraqlarına tamamilə ziddir və nəticə etibarilə NATO-nun ikinci ən böyük ordusuna sahib üzvünün Rusiya ilə daha çox yaxınlaşmasına xidmət edə bilər.

Üstəlik, Türkiyənin geopolitik mövqeyi də ABŞ üçün vazkeçilməz önəmə malikdir.

Məhz bu amilləri əsas gətirən bir çox analitiklər ABŞ-ın Türkiyəni itirmək riskinə gedəcəyinə inanmır, Vaşinqtonun sadəcə müxtəlif ssenarilərlə Ankaraya təzyiq etdiyini düşünürlər. Di gəl ki, qeyri-adi addımları ilə dünyanı heytərə salmağı bacaran Vaşinqtondan nə desən, gözləmək olar.(Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan xalqa müraciət etdi: “Azərbaycan Ordusu Qarabağda irəliləyir”

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - Rəsmi, Siyahı

Paşinyan Qarbağdakı ermənilərə müraciət etdi

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yaydı

Ermənistandan Qarabağa gedən yollardan biri bağlanıb

Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə

Düşmənin döyüş texnikaları belə məhv edildi - Video

Ermənistan ölən hərbiçilərin adlarını açıqladı - Siyahı

Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

Ermənistan Nazirlər Kabineti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi

loading...

Ən çox oxunanalar