Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tofiq Yaqubluya verilmiş hökm dövlətimizin adına növbəti ləkədir" - Deputat

"Tofiq Yaqubluya verilmiş hökm dövlətimizin adına növbəti ləkədir. Ayıbdır! Burası öz yerində".

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli bildirib ki, Tofiq Yaqublunun işi ilə bağlı ingilis dilində təqdimatların bir çoxunu görüb, lakin heç birində Tofiq bəyin işğalçı Ermənistana qarşı savaşdığına dair bir məlumat görməyib: "Hərçənd, Tofiq bəyin prinsipiallığı və cəsarəti haqqında hekayə oradan qurulmağa başlamalı idi. Dəfələrlə yazmışam, bizdəki psevdo-liberalların və solçuların çoxu, əslində, sadəcə maymaqdır, milli təəssübkeşlikləri yoxdur. Tofiq bəyin işini (hekayəsini) Qərbə daha ucuz satmaq (təqdim etmək) üçün, Tofiq bəyin həyatında ən önəmli səhifəni görməzdən gəlirlər. Tofiq bəyin Ermənistanın təcavüzünə qarşı savaşdığını vurğulamaq onlara sərf etmir, Qərbdəki liberallara və solçulara orası lazım deyil.

Yaxın günlərdə AŞPA-nın hüqiq komitəsinin toplantısı olacaq, orada Azərbaycanda siyasi məhbuslarla bağlı mövzu açılacaq. Gündəlikdə ancaq mərizəçinin təqdimatı qeyd olunub. Belə anlaşılır ki, qərar olmayacaq. Ola bilsin, müzakirə də olmasın. Olacaqsa, söz alıb, başqa şeylərlə yanaşı, Tofiq bəyin Ermənistanın təcavüzünə qarşı savaşdığını da vurğulayacağam. Bununla həm ölkəmizdə siyasi məhbus problemini, həm də Ermənistanın təcavüzü problemini göstərə biləcəyəm. Tematik ittifaqlar çox önəmlidir. Ölkəmizi elə tənqid etmək gərəkdir ki, düşmənlər ondan yararlana, mövzunu ələ ala bilməsinlər. Tofiq bəyin Ermənistana qarşı savaşdığını vurğulamaqla, Tofiq bəyin işindən sui-istifadə fürsətini ermənilərin və onların yandaşlarının əlindən almış ola bilərik. Kontekst önəmlidir. Bu, bizim mövzudur! Öz problemlərimizi özümüz çözməliyik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar