Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda Aşura mərasimi keçirməyə cəhd edənlər saxlanıldı

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Lakin buna baxmayaraq təyin olunmuş qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.

DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan Musavat.com-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq bir qrup şəxsin rayonun Velədi kəndi ərazisində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar. Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 18 nəfər şöbəyə gətirilib.

Onlarla izahedici söhbətlər aparılıb. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

pia.az


Etiket: Aşura Lənkəran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar