Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mal-qara oğruları saxlanıldılar  

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Yeni Çələbixan qəsəbəsində ümumi dəyəri 4 min manatdan yuxarı olan iribuynuzlu mal-qaranın oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 baş dananı oğurlayan şəxslərin Şəki şəhər sakinləri Famil Səmədov və Sabir Pirməmmədov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb.

Oğurlanmış heyvanlar isə F.Səmədovun yaşadığı evin həyətyanı sahəsində aşkarlanıb və onlar sahibinə geri qaytarılıb. F.Səmədov və S.Pirməmmədov həmin heyvanları sataraq, pul əldə etmək məqsədində olduqlarını bildiriblər.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir

pia.az 


Etiket: Oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar