Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml “Taliban”a pul mükafatı təklif edib? - ABŞ Rusiyanı nədə ittiham edir?

Rusiya Əfqanıstanda ABŞ əsgərlərini öldürmək üçün “Taliban” qruplaşmasına pul mükafat təklif edib...

PİA.az xəbər verir ki, bu iddia ABŞ-ın nüfuzlu nəşri “The New York Times” nəşrinin kəşfiyyat mənbələrinə istinadən hazırladığı materialda yer alıb. Qəzet yazır ki, hazırda Vaşınqton bununla bağlı Moskvaya rəsmi cavab hazırlayır.

Məqalə müəllifi qeyd edir ki, ABŞ xüsusi xidmət orqanları ələ keçən “Taliban” qruplaşmasının üzvlərini də sorğulayandan sonra oxşar nəticə əldə olunub. Lakin Rusiya adından taliblərlə danışıq aparan və ödənişin necə edildiyi barədə məlumat verilmir.

Məqalədə baş verənlərin 2019-cu ilə təsadüf etdiyi qeyd edilir. Həmin vaxt Əfqanıstanda ABŞ ordusunun 19 əsgəri öldürülüb. Onlardan konkret hansının mükafata görə öldürüldüyü barədə dəqiq bilgi yoxdur.

Nəşr həmçinin əlavə edib ki, Ağ Ev Rusiyaya sanksiya tətbiq etmək varinatını da nəzərdən keçirir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ağ Evdəki iddialardan xəbərsiz olduğunu bildirib. “Kimsə bu ittihamları irəli sürərsə, cavab verəcəyik”, - deyə o əlavə edib.(Yenisabah.az)

pia.az

 


Etiket: ABŞ Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar