Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimizin karantinə alınmış legionerlərindən xəbər var

Ölkə xaricində çıxış edən və koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın legioner voleybolçuları – Yuliya Kərimova və Marqarita Əzizova özlərini yaxşı hiss edirlər...

Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edən Yuliya Kərimova Azərbaycana yeni qayıtdığından, qaydalara uyğun olaraq, karantindədir.

35 yaşlı libero evə göndəriləcəyi tarixin ikinci analizin nəticəsinə əsasən bilinəcəyini deyib: 

Bakıya gələrkən heç bir çətinlik yaşamadım. Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürdülər və hazırkı vəziyyətə uyğun olaraq, karantinə alınacağımızı dedilər. Artıq neçə gündür ki, buradayam. Nəzarətə götürülənlər üçün çox gözəl şərait yaradılıb. Hər şey yaxşıdır.

Federasiyanın rəhbərliyi hələ İsraildə olarkən səhhətimlə maraqlandı və qayıtmağım üçün lazımi köməkliyi göstərdi. Burada olduğum günlərdə isə millinin həkimi və meneceri ilə hər gün danışıram. Martın 30-da ikinci dəfə test vermişəm. Analizin cavabını gözləyirəm, hər şey qaydasında olarsa, bir neçə gündən sonra evə buraxılacağam”.

Onun kimi, millinin karantinə alınan digər üzvü Marqarita Əzizova da özünü yaxşı hiss edir.

“Radomka”nın (Polşa) formasını geyinən 27 yaşlı hücumçunun sözlərinə görə, səhhətində hər hansı problem yoxdur: 

“Varşavadan Bakıya çarter reysi ilə gəldim. Paytaxta qayıtmağımda Azərbaycanın Polşadakı səfirliyi, eləcə də federasiyanın böyük köməkliyi oldu. Hazırda Azərbaycanda olduğum üçün onlara təşəkkür edirəm. Bura gəldikdən sonra məni də, bütün sərnişinlər kimi, karantinə aldılar. Müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evə yollanacağam”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar