Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN mətbuat xidməti: ".. məsələnin mahiyyəti tamamilə təhrif olunub"

DİN ETSN-nin Lerik meşələrində qızıl axtarma xəbəri ilə bağlı açıqlama yaydı... 

Bu gün bəzi saytlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin Lerik meşələrində qızıl axtarmaq cəhdlərinin qarşısının Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınması və qazıntı aparan dəstənin üzvlərinin saxlanılması barədə məlumat yayılıb.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov PİA.az-a bildirib ki, qeyd edilən məsələnin mahiyyəti tamamilə təhrif olunub.

Xəbərdə qazıntı aparan şəxslərin Nazirliyin əməkdaşları olduğu iddia edilsə də, bildirirəm ki, onların heç biri Nazirliyin əməkdaşları deyil, adi vətəndaşlar olub və saxlanılanların buraxılması ilə bağlı Nazirlikdən RPŞ-nə zəng edən olmayıb.
Ehsan Zahidovun sözlərinə görə yanvarın 11-də Lerik RPŞ-nə rayonun Lərmərud kəndinin inzibati ərazisində 4-5 nəfərin qazıntı işləri aparmaları barədə məlumat verilib.

Polislər dərhal qeyd olunan əraziyə gəliblər və orada 5 nəfərin bel ilə 6 kvadrat metr ərazini qazmalarını aşkar ediblər. Həmin şəxslər PŞ-nə dəvət olunub və onlardan 2-nin Bakı şəhəri, 3-nün isə Yardımlı rayon sakinləri olmaqla şəxsiyyətləri müəyyən edilib. İlkin dindirmə zamanı saxlanılan şəxslər bu hərəkətlərini qiymətli metal axtarmaları ilə izah ediblər. İzahatları alındıqdan və rəsmi xəbərdarlıq edildikdən sonra onlar buraxılıblar. Bununla belə faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

pia.az


Etiket: DİN ETSN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar