Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvandan təhrikçi provokasiya: Paşinyan Azərbaycanı müharibəyə cəlb etmək cəhdlərini artırıb

Azərbaycanda növbədənkənar parlament seçkilərinin təyin olunmasından sonra işğalçı Ermənistan provakativ addımlarını daha da intensivləşdirib...

Xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ münaqişəsinin nizamlama prosesində durğunluğun müsbət nəticə verməyəcəyini diqqətə çatdırıb. O, bildirib ki, ATƏT-in Nazirlər Şurasının son toplantısından bu yana yalnız iki həftə bundan öncə ErmənistanAzərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə biliblər.

Ancaq nazir əlavə edib ki, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz: “Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər”.

Sonuncu Bratislava görüşü haqda məlumatlardan da belə məlum olur ki, Ermənistan hakimiyyəti prosesləri məqsədli şəkildə pozmağa çalışaraq, danışıqların konkret mövzu üzərində aparılmasını istəmir və bütün cəhdlərini buna yönəldib.

Paşinyan hökumətinin hətta ən amansız müharibədə tətbiq olunan girovların dəyişdirilməsi praktikasından imtina etməsi qeyri-humanizmdən daha çox gərginliyi artırmaq, Azərbaycanı sülh prosesindən imtinaya vadar etmək və bununla da rəsmi Bakının aqressiv müharibə tərəfdarı obrazını yaratmağa xidmət edir.

Son zamanlar diplomatik cəbhədə uduzan Paşinyan hakimiyyətinin əlində yeganə vasitə Azərbaycanı aqressvi müharibə tərəfdarı kimi göstərmək, Bakını hərbi əməliyyatlara cəlb etməklə, beynəlxalq səviyyədə İrəvana dəstək qazandırmaqdır.

Paşinyanın son aylarda açıq-aşkar provokativ, müharibənin bərpasına səbəb ola biləcək açıqlamalarının alt məqsədi budur. İndi isə Paşinyan hakimiyyəti Azərbaycanın seçkilərə getdiyi bir vaxtda müharibə ehtimalının azaldığını düşündüyü üçün provokativ cəhdlərini daha da gücləndirir.

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar