Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik



“Report” xəbər verir ki, bunu Türkiyənin Edirnə şəhərinin İpsala qəsəbəsində keçirilən TANAP-ın II hissəsinin açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, iki qardaş dövlət - Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətləri daha da gücləndirmək, strateji sərmayələrlə dəstəkləmək üçün üzərinə önəmli vəzifələr götürən SOCAR Ümummilli liderimiz Heydər Əliyevin tarixi kəlamını - “Bir millət, iki dövlət” kəlamını həyata keçirdiyi projelərlə doğrultmaqdadır.

Bu gün biz belə layihələrdən birinin, Azərbaycan qazını Avropaya nəql edəcək TANAP kəmərinin ikinci hissəsinin açılış mərasiminə toplaşmışıq. Bu mərasim əməkdaşlığımızın uğurlarını bir daha dünyanın gözləri önündə sərgiləyir. Dörd il bundan əvvəl dövlət başçılarımız TANAP-ın inşasına dair tarixi qərar qəbul etdilər. Bu, qərara əsasən SOCAR-a böyük etimad göstərilərək, TANAP-ın inşaasını həyata keçirtmək kimi şərəfli bir vəzifə tapşırıldı. Qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirmək üçün göstərdiyimiz gərgin səylər öz nəticəsini verib. Keçən il Cənub Qaz Dəhlizinin və onun əsas həlqəsi olan TANAP-ın birinci hissəsini istifadəyə verdik. Artıq bu kəmər vasitəsi ilə Türkiyə bazarına 3,2 milyard kubmetrdən çox qaz nəql olunub”.

O qeyd edib ki, TANAP Avropaya qazın nəqli üçün tam hazırdır və Türkiyənin şərqindən qərbinədək uzanan bu tarixi kommunikasiya xəttinin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılıb. “Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək Trans Adriatik qaz boru kəmərinin də inşası tamamlandıqdan sonra, tarixdə ilk dəfə olaraq, Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa nəql olunacaq. Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik. Biz ortaq şirkətlərlə birlikdə üzərimizə götürdüyümüz bu nəhəng TANAP layihəsini layiqincə yerinə yetirə bildik. SOCAR olaraq ölkə xaricində ilk dəfə bu cür mürəkkəb layihəni idarə etməyimizə baxmayaraq, tikinti işlərini yüksək səmərə ilə tamamlaya bildik.

Layihəni qiymətləndirən Beynəlxalq məsləhətçi şirkətlərin proqnozlaşdırdığı qiymətdən daha aşağı qiymətə tikintini başa vurmağa, kəmərin səhmdarları olan Azərbaycan və Türkiyə dövlətlərinin, eləcə də BP-nin vəsaitlərinə qənaət etməyə nail olduq",- deyə o vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

Ən çox oxunanalar