Şənbə, 04 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Nə lazımdırsa, edəcəyik...” – Vladimir Putin

“İcazə verin, Sizi Moskvada indiyə qədər olmadığınız qisimdə - Birinci vitse-prezident kimi salamlayım. Mən bilirəm ki, Sizin səfərinizin çox böyük, zəngin proqramı var”

Bunu Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin deyib.

O, bildirib ki, Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev görüş haqda ona artıq məruzə edib: “Bilirəm ki, həmin görüşdə danışmağa mövzu olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan həcmini nəzərdə tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Biz demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq.

Azərbaycan Prezidenti ilə mənim çox etimada əsaslanan mehriban münasibətlərim formalaşıb. Bilirəm ki, sabah Siz Valentina İvanovna ilə birlikdə X Regionlararası Forumu da açacaqsınız. Hesab edirəm ki, bu, bizim əməkdaşlığımızın olduqca mühüm istiqamətidir. Ona görə ki, bizim qarşılıqlı fəaliyyətimizin xeyli hissəsi məhz regionlar səviyyəsində həyata keçirilir. Bizim təklifimizi qəbul etdiyinizə və Moskvaya səfərə gəldiyinizə görə Sizə təşəkkür etmək istəyirəm”.

Daha sonra Putin Azərbaycanda rus dilinin tədrrisi haqda danışıb: “Bu, xüsusən bizim humanitar əlaqələrə və Azərbaycanda rus dilinə münasibətə aiddir. Həqiqətən bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Çinin koronaya qalib gəlməsinin sirri - Məhəllə Komitələri

"Gül balalar" Milli Məclisdən yola salınır - Zahid Oruc

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - Foto

“Müğənnilər 10-15 axmağı soyurlar” – Fazil Mustafadan maraqlı açıqlamalar

Bu sadə qaydalara əməl edənlər koronavirusa yoluxmur - Siyahı

Fonda yardım üçün səfərbər oldular - Siyahıda kimlər var?

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - Siyahı

Koronavirusa yoluxan orqanizm 9 gündə hansı etaplardan keçir - Diqqətli olun

Nazirlər Kabineti: Azərbaycanda koronavirusa yoluxma artır

Jurnalist icra başçısına tənə vurdu: "Məsləhət verməklə iş bitmir..."

Ramiz Mehdiyev maaşının yarısını fonda ianə etdi

loading...

Ən çox oxunanalar