Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İqtisadi problemləri hökümətlər yaradır...

Dünyadakı bütün uğursuzluqlar və xüsusilə də, yoxsulluq qloballaşmaya və neo-liberal siyasətlərə əsaslanır...

Esfender Korkmaz
“Yeniçağ” qəzeti, Türkiyə, 20 noyabr 2019-cu il

Əslində, neo-liberal siyasətlərin sonuna çatmışıq. Bu siyasətlərin ən pis nəticələrindən biri də ölkələr arasında və eyni ölkələrin xalqları arasında mütləq yoxsulluğu artırmasıdır. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının birlikdə apardıqları yoxsulluqla mübarizə proqramları da uğursuz olub. Neo-liberal siyasətlərdən qazanc əldə edən ölkələr də var. Bu haalda, zərər çəkən və yoxsullaşan ölkələrdə problem təkcə bu siyasətlər deyil, daha çox uğursuz hökümətlərdir.

Neo-liberalizmdə pul siyasətləri sabitlik yaratmaq üçün əsas vasitədir. Yəni nəğz və faiz vasitələrinin iqtisadi sabitlik yaradacağı düşünülür. Tətbiqetmə prinsipləri də bunlardır: valyuta mübadiləsi, dövlətin iqtisadi həyatdakı yerini və rolunu kiçiltmək, özəlləşdirmə, geniş iş şəraiti, ictimai xərclərin məhdudlaşdırılması, dolaylı vergilərin payını artırmaq, büdcə siyasətini kənarlaşdırmaq və bunun daxilində büdcə kəsrini ən aşağı səviyyədə saxlamaq, qiymət üçün sabitliyin təmin edilməsinə öncəlik vermək.

Bu siyasətlər, əlbəttə ki, dəyişilməz bir qəlib şəklində deyil. Bu siyasətləri hər bir ölkə öz iqtisadi və sosial quruluşuna görə dəyərləndirməyə məcburdur. Bu siyasətlər hər hansı bir dövlətin yollar, körpülər, sağlamlıq xidmətləri kimi sosial faydası çox olan investisiyalar qoymasına mane olmur. Həmçinin, sağlamlıq investisiyalarını dövlətin qoymasına mane olmur. Amma heç bir neo-klassik siyasət quruluş investisiyaların bir neçə qat baha şəkildə özəl sektora yatırılmasını tələb etmir. Neo-liberal siyasətlər tətbiq edən bir çox ölkə də inkişaf yolunda uğur qazana bildi. Bu ölkələrin uğuru isə neo-liberal siyasətlərdən bir sistem içində, nəzarətli şəkildə istifadə etmələri ilə bağlıdır. Məsələn, İngiltərə bu siyasətlərdə liderdir, lakin, eyni zamanda xarici investisiya sərmayəsinin girişinə və maliyyə bazarlarına nəzarət edən qurumlar da var. Yenə neo-liberal siyasətin mərkəzi sayılan ABŞ da Mərkəzi Bank FED-in 2009-cu ildəki böhranına görə bankları xilas etmək və iqtisadiyyatı canlandırmaq üçün müxtəlif fondlar yaradıb, həmçinin, maliyyə və dəstəklə təmin edib.

Çin də neo-liberal siyasətlərini nəzarətli, məhdud şəkildə tətbiq edib və mənfəət əldə edib. Çində hələ də xarici investisiyalar üçün ortaqlıq tətbiq edilir. Həmçinin, xarici investisiyalar hərbi nisbətdə yerli girişlərdən istifadə etməlidirlər.

Çinin problemi demeokratiyadır. Tək partiyanın hər zaman avtokratiyanı yüksəltmək və mülkiyyəti məhdudlaşdırmaq riski var. Məhdud liberallaşmanın tək istisnası Honkonqdur. Çünki radikal liberalizm ilə zənginləşib. Lakin Honkonqda da yaşayış sektoruna nəzarət edə bilmək üçün bütün ərazi dövlətin mülkiyyətində olub.

Bir çox inkişaf etmiş ölkə sərmayə hərəkatlarına nəzarət edərkən Türkiyə limitsiz konvertasiyaya görə nəğd pul tələsinə düşdü. 2012-ci ilə qədər nəğd pul valyuta təzyiqi yaratdı. İstehsal ixrac girişindən asılı hala düşdü. Türkiyə ən yüksək cari kəsri olan, ən çox borclanan və dünyanın ən kövrək ölkəsinə çevrildi. Avropada Almaniya, Fransa və İtaliya kimi inkişaf etmiş ölkələrdə xarici bankların nisbəti 12%-i keçmir. Türkiyədə isə özəl banklar və xarici banklar bərabər saydadır. Digər tərəfdən, heç kim Türkiyəni ictimai quruluş investisiylarını və dövlət monopoliyalarını özəlləşdirməyə məcbur etməmişdi. Türkiyə nə etdisə, özünə elədi...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar