Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ekspert: “Baş nazir funksiyasını Mikayıl Cabbarov yerinə yetirəcək”

Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinin tərkibinə verilməsi iqtisadiyyatın stimullaşdırılmasına necə təsir edəcək?..

İqtisadçı-ekspert: “Bu qərardan sonra ölkədə faktiki baş nazir funksiyasını məhz bu nazirlik yerinə yetirəcək. Yəni baş nazir funksiyasını Mikayıl Cabbarov yerinə yetirəcək”.

“Artıq iqtisadiyyatda baş verən proseslərdən məsul bir şəxs yaranır. Bu məsul şəxs də atdığı addımlara və nəticələrə görə cavab verəcək”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinin tərkibinə verilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Prezident İlham ƏliyevAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” fərman imzalayıb.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Fərmanla müəyyən olunub ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinin tərkibinə verilməsi iqtisadiyyatın stimullaşdırılmasına necə təsir edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əslində bu qərarın məntiqi onu deməyə əsas verir ki, gələcəkdə bəlkə də Gömrük Komitəsinin də oraya birləşdirilməsi daha doğru olardı. Bu zaman super nazilik yaranardı”.

Artıq iqtisadiyyatda baş verən proseslərdən məsul bir şəxsin yarandığını vurğulayan Natiq Cəfərli PİA.az-a açıqlamasında əlavə edib ki, bu məsul şəxs də atdığı addımlara və nəticələrə görə cavab verəcək:

“Biz açıqlamalarımızda dəfələrlə demişdik ki, kadr islahatları ilə paralel struktur islahatları və idarəetmənin təkminləşdirilməsi də çox vacib elementdir. Əgər iqtisadiyyatda irəliləyişə nail olmaq istəyiriksə, mütləq idarəetmənin forması və tərkibi ilə də bağlı müəyyən dəyişkliklərin edilməsinə ehtiyac var.

Əslində bu qərarın məntiqi onu deməyə əsas verir ki, gələcəkdə bəlkə də Gömrük Komitəsinin də oraya birləşdirilməsi daha doğru olardı. Bu zaman super nazilik yaranardı. İndi bütün iqtisadi proseslərə nəzarət edə biləcək və onun siyasətini həyata keçirəcək nazirlik yarandı. Yeganə çatışmayan Gömrük Komitəsinin oraya daxil edilməməsidir. Çünki artıq Gömrük Komitəsinin ayrıca qrum kimi qalmasının heç bir mənası yoxdur.

Bütün büdcəyə daxil olan maliyyə kanalarının bir nazirlikdə olması ümumi büdcənin formalaşması, vahid mərkəzdən idarə edilməsi və bunun siyasətinin düzgün qurulması idarəetmənin çevikliyini, effektivliyini artıra biləcək bir addım olacaq. Buna görə də belə bir güclü nazirliyin yaranması və bütün iqtisadi proselərin bir mərkəzdən idarə olunması cəhdi idarəetmənin təkminləşdirilməsi nöqteyi nəzərdən təqdirə layiq və məqbul addımdır. Amma bir daha təkrar edim ki, Gömrük Komitəsinin kənarda qalması bu siyasəti natamam edəcək.

Natiq Cəfərli: “Gömrük Komitəsinin kənarda qalması bu siyasəti natamam edəcək”.

Onu da qeyd edim ki, bu qərardan sonra ölkədə faktiki baş nazir funksiyasını məhz bu nazirlik yerinə yetirəcək. Yəni baş nazir funksiyasını Mikayıl Cabbarov yerinə yetirəcək. Əslində baş nazir formal bir orqana çevrilir. İqtisadiyyat Nazirliyini də artıq super nazirlik adlandırmaq olar. Bu nazirlik artıq kifayət qədər iqtisadi siyasəti bir mərkəzdən idarə etməyə imkan yaradacaq və məhsuliyyət hissi də yaradacaq.

Bizdə ən böyük problem həmişə məsuliyyət hissi idi. Çünki iqtisadiyyatda baş verən problemləri izah edərkən dövlət qrumları və nazirliklər problemi bir-birlərinin üzərinə atırdılar. Məsələn Vergilər Nazirliyi deyirdi Gömrük Komitsəində problem var, Gömrük Komitəsi deyirdi Vergilər Nazirliyində problem var, sonra hər iki nazirlik deyirdi ki, İqtisadiyyat Nazirliyində problem var ki, siyasəti düzgün qurmur. İndi bunun hamısının bir mərkəzdə cəmləşməsi tək səlahiyyət məsələsi deyil. Həm də məhsuliyyət məsələsidir. Artıq iqtisadiyyatda baş verən proseslərdən məsul bir şəxs yaranır. Bu məsul şəxs də atdığı addımlara və nəticələrə görə cavab verəcək”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar