Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Modern quldarlıq: Dünyada 40 milyondan çox kölə var...

BMT-nin yaydığı məlumatda bildirilir ki, dünyada 40 milyon insan kölə kimi yaşayır və qurbanlardan ¼-ni uşaqlar təşkil edir...

“The Independent” qəzeti, Türkiyə, 9 sentyabr 2019-cu il

Birləşmiş Millətlər Təşkilatında (BMT) modern köləliklə bağlı müxbirlik edən Urmila Bhula BMT-nin Cenevrədəki ofisində keçirilən İnsan Hüquqları Şurasının 42-ci iclasında müasir köləliklə bağlı hazırladığı hesabatı təqdim edib.

Bhula dünyada 40 milyondan artıq insanın kölə kimi işlədildiyini bildirib və bu qurbanların ¼-nin uşaq olduğunu vurğulayıb.

Belçika, İsveç, Avstriya və Portuqaliya kimi ölkələrin əhalisinin ümumi sayı elə 40 milyondur.

Hal-hazırda davam edən modern köləliyin ictimai problemlər, köç və demoqrafik dəyişikliklər nəticəsində artığını qeyd edən Bhula bildirir ki, kölələrin 60%-i özəl sektorda işləməyə məcbur edilir və qadınların da 98%-i cinsi istismara məruz qalır.

“Müstəmləkəçilik və ya kölələşdirmə riski altında qalan insanların sayı müəyyən faktorlara görə arta da bilər”, deyən Bhula əlavə edib ki, iqlim dəyişikliyi insanların işlərini itirməsi ilə nəticələnər, işindən narazı olan gənclər təhlükəli kanallarla köç edə bilər və bu cür hadisələr də insanların köləliklə mübarizəsini zəiflədə bilər.

Hər gün daha çox insanın zorla işlədildiyini, evləndirildiyini və uşaq əməyinin istismar edildiyini deyən Bhula qeyd edib:

“Dövlətlər və şirkətlər artıq köləliyə son qoymaq üçün hərəkətə keçməlidirlər. Bu, həmçinin, iqtisadi baxımdan da mənfəət qazandırmır”.

Köləlik dünyada qadağan edilmiş olsa da, yeni formaları ilə “müasir köləlik” şəklində qarşımıza çıxır. Dünyadakı müasir kölələrin yarısından çoxu Asiyada - Sakit okean ətrafında yaşayır. Bu sırada Afrika ikinci yeri tutur.

İngiltərənin qərbində yerləşən liman şəhəri Bristolda isə afrikalı kölələr ingilis ticarətində işlədilirlər.

Qeydlərə görə, 1698-1807-ci illərdə 2108 gəmi ilə Afrikadan Karib adasına çoxlu kölələr satılıb. İngiltərədə köləlik ancaq 1834-cü ildə qadağan edilə bildi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar