Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Google”, “Facebook” və digər sosial şəbəkələrə təkliflər veriləcək – Monitorinq Mərkəzi təfərindən

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bütün sosial şəbəkələrdə Azərbaycan dilinin norma və qaydalarına riayət olunması üçün öz təkliflərini verəcək”

PİA.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində, internet resurslarında, reklam daşıyıcılarında, dərsliklərdə və elmi-tədqiqat əsərlərində Azərbaycan dilinin maraqlarının qorunmasını təmin edəcək:

“Bununla da Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bütün internet mediasında Azərbaycan dilinin və dövlətçiliyimizin maraqlarına, milli mənafeyimizə, dilimizin xüsusiyyətlərinə uyğun olaraq onun qorunması və inkişaf etdirilməsi üçün iş aparacaq. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi harada olmasından asılı olmayaraq dilimizin reallıqlarının qorunmasında öz xidmətlərini göstərəcək. Mərkəz bu xidməti “Google”, “Facebook” və digər bütün sosial şəbəkələrdə də göstərəcək. Sosial şəbəkələrə təkliflər veriləcək. Eyni zamanda müxtəlif mexanizmlər vasitəsilə həmin internet resurslarında Azərbaycan dilinin qorunması istiqamətində iş aparılacaq və bütün lazımi tədbirlər həyata keçiriləcək. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin sosial şəbəkələrdə Azərbaycan dilinin qorunması üçün həyata keçirəcəyi xidmətlərin ödənişli və ya ödənişsiz olacağı barədə məlumatım yoxdur”.

Akademik Monitorinq Mərkəzinin bu ilin sonuna qədər fəaliyyətə başlayacağını düşündüyünü bildirib: “Düşünürəm ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi payız aylarında fəaliyyətə başlayacaq. Amma dəqiq tarixini bilmədiyim üçün deyə bilmərəm”.

Xatırladaq ki, Prezident İlham ƏliyevAzərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

pia.az


Etiket: Google Facebook

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar