Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident icra başçılarını və nazirləri məktəblərə dərs deməyə göndərir

Məqsəd cəmiyyətdə orta məktəbin nüfuzunu artırmaqdır…

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumətə, bütün yüksək vəzifəli məmurların- icra başçılarının və nazirlərin həftədə 3 dəfə orta məktəblərdə mühazirələrlə çıxış etmələri ilə bağlı qaydalar hazırlaması barədə tapşırıq verib. Məqsəd cəmiyyətdə orta məktəbin nüfuzunu artırmaqdır…

Məktəb təhsili ilə bağlı keçirilən yığıncaqda bu mövzunu şərh edən Prezident bildirib ki, “məktəb bizim gələcəyimiz məsələsidir. Bu, bütün cəmiyyətin işi və vəzifəsi olmalıdır”.

“Təbii sual yaranır. Rayon və şəhər rəhbərləri ayda neçə dəfə məktəblərə gedib uşaqlarla görüşürlər? Yaxud ölkədə aparılan islahatlar barədə uşaqlara neçə dəfə danışıblar? Təəssüf ki, bu zalda oturan və digər vəzifəli şəxslər bu barədə heç düşünməyiblər də. Bəziləri tədris ilinin əvvəlində keçirilən hansısa tədbirlərlə kifayətlənirlər”,-deyə kun.uz Prezidentin sözlərini sitat gətirib.

Dövlət başçısı rayon-şəhər rəhbərləri və nazirlərlə yanaşı, uğurlu sahibkarların və maliyyəçilərin də məktəblərdə dərslər keçmələrinin lazım olduğunu söyləyib.

Amma bu qaydanın nə vaxtdan tətbiq olunacağı barədə məlumat verilməyib.

Müşavirədə həmçinin qeyd edilib ki, “keçid dövrünün mürəkkəb illərində müəllim peşəsinin şöhrəti və nüfuzu azalıb”. Prezident Mirziyoyev mövcud vəziyyət üçün hakimiyyətin məsuliyyət daşıdığını etiraf edib və bildirib ki, “müəllimləri pambıq yığmağa və küçələri təmizləməyə cəlb edərək, biz onların reputasiyasını korladıq, məktəb təhsilinin bir çox inkişaf proqramları lazımi səviyyədə yerinə yetirilmədi”. (Virtualaz.org)

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar