Qaradağ rayonunda bir nəfər döyülüb
Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4 nəfər naməlum şəxs 1985-ci il təvəllüdlü Fərman Əmirovu "Sədərək" Ticarət mərkəzinin ərazisində döyüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan F.Əmirov xəstəxanaya yerləşdirilib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsləri axtarır.
Pia.az