Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Maps.me” Azərbaycan xəritəsini təhrif edib - XİN işə qarışdı

Qarabağ bölgəsi “Dağlıq Qarabağ respublikası” kimi təqdim edilib

“Maps.me” mobil cihazlar üçün elektron xəritəçilik xidməti Azərbaycanın Qarabağ bölgəsini “Dağlıq Qarabağ respublikası” kimi təqdim edilb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Azərbaycan səfirliyi Rusiyanın müvafiq qurumları qarşısında məsələni qaldırıb.

O qeyd edib ki, “Maps.me” mobil cihazlar üçün elektron xəritəçilik xidməti Rusiyada fəaliyyət göstərən “Mail.ru” şirkəti tərəfindən 2014-cü ildə alınıb:

“Maps.me” tərəfindən ölkəmizin işğal olunmuş ərazilərindəki coğrafi obyektlərin təhrif olunmuş şəkildə göstərilməsi məsələsi Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bu ölkənin müvafiq qurumları qarşısında qaldırılıb, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məktubları qarşı tərəfin diqqətinə çatdırılıb.

Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Konstantin Noskovun bu xüsusda cavab məktubunda “Mail.ru” şirkətinin “Maps.me” xidmətinin təmin etdiyi xəritələrin Böyük Britaniyada qeydiyyata alınmış “The Open Street Foundation” şirkətindən hazır məhsul şəklində alındığı və xəritələrin məzmununun dəyişdirilməsi üzrə texniki imkanlara malik olmadıqları bildirilib.

Hazırda yol verilmiş təhriflərin aradan qaldırılması istiqamətində tərəfimizdən “Maps.me”nin məzmununa cavabdeh olan sözügedən Britaniya şirkəti ilə işin aparılması istiqamətində müvafiq addımlar atılır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar