Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid bacısı üçün donor lazımdır! 

Şəhid anası Mehriban Əliyevaya müraciət etdi

Bir müddət əvvəl “AzPolitika.info” Göyçay rayonu, Müskürlü kənd sakini, şəhid anası Hüseynova Əntiqə Heybət qızının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciətini dərc etmişdi. Həmin müraciətdə Ə.Hüseynova qızı Gülnarın qaraciyər xəstəliyindən əziyyət çəkdiyi, qaraciyər köçürülməsinə ehtiyacı olduğunu bildirmişdi.

Müraciətdə qeyd edilirdi ki, Gülnarın qardaşı donor olaraq, öz qaraciyərinin bir hissəsini bacısına verməyə hazırdır. Lakin ailənin maddi imkanının olmaması səbəbindən belə bahalı əməliyyatı həyata keçirə bilmirlər.

Ötən gün redaksiyamıza məktub ünvanlayan Ə.Hüseynova onun müraciətinə cavab verdiyi üçün M.Əliyevaya minnətdarlığını bildirib və qeyd edib ki, qızı Gülnarı Gömrük Hospitalına yerləşdirərərək müayinə və müalicə ediblər.

Lakin oğlu Rahimin qaraciyərində Hepatit B aşkarlandığından qaraciyər köçürülməsi əməliyyatını keçirmək mümkün olmayıb: “Buna görə də donor olmadığı üçün qızım Gülnara qaraciyər köçürülməsi əməliyyatı dayandırılıb.Ancaq həkimlər növbəti həftənin 5-ci gününə kimi gözləyirlər ki, donor tapılsın və cərrahiyyə əməliyyatı aparılsın.”

Növbəti dəfə Mehriban xanıma müraciət edən Ə.Hüseynova donor tapılmasında köməklik istəyir: “Mən mətbuat vasitəsi ilə təkrar olaraq Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm ki, qızım Gülnara qaraciyər donoru tapılmasına köməklik etsin.”
Qeyd edək ki, Ə.Hüseynovanın oğlu Həsrət Hüseynov 21 yanvar 1994-cü il tarixdə Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olub.(Əlaqə telefonu: (051) 595-30-56).

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar