Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ukrayna Rusiya deyil…” –Poroşenkonun seçki bloku

P.Poroşenko siyasətdə qalacağını bildirib

Ukraynada prezident seçkisinin ikinci turundan sonra ortaya çıxan mənzərə gözləniləndən çox da fərqlənməyib. Bununla yanaşı, namizədlərin son açıqlamaları Ukraynanın demokratiyanın inkişafı istiqamətində daha bir olduqca önəmli addım atdığını təsdiqləmiş oldu.

İlk olaraq, Pyotr Poroşenko hələ seçkinin rəsmi nəticələri tam açıqlanmamış Vladimir Zelenskini təbrik etməsilə bir çox postsovet ölkələri üçün hakimiyyətin heç bir qarşıdurmasız və sivil qaydada ötürülməsi nümunəsi oldu.

Pyotr Poroşenkonun rəhbərlik etdiyi siyasi blok seçkinin nəticələri və gələcək planlarla bağlı şərhlər verib. Blokun parlamentdəki fraksiyasının rəhbəri Artur Gerasimov xatırladıb ki, Poroşenko öncədən seçkinin istənilən nəticəsini qəbul etməyə hazır olduğunu bildirmişdi. Həmçinin, A.Gerasimov Poroşenkonun siyasi rəqiblərinin nədənsə qorxmasına, ehtiyat etməsinə heç bir əsasın olmadığını söyləyib və Ukraynanı Rusiya ilə müqayisə edərək, “Ukrayna Rusiya deyil” deyə bildirib.

A.Gerasimov əlavə edib ki, Ukrayna Rusiyadan fərqli olaraq, demokratik ölkədir və bunu beynəlxalq təşkilatlar, eləcə də seçki müşahidəçiləri rəsmən təsdiqləyiblər.

Bundan öncə isə P.Poroşenko seçki sonrası çıxışında Zelenskini təbrik etməklə yanaşı, prezidentlik postunu tərk etsə də, siyasətdə qalacağını bildirib. Hazırkı prezidentin rəhbərlik etdiyi siyasi blokun digər təmsilçisi Aleksey Qonçarenko isə deyib ki, bundan sonra P.Poroşenko bütün diqqəti payızda keçiriləcək parlament seçkisinə yönəldəcək və onun partiyası yeni hakimiyyətə müxalif olacaq. (Azpolitika)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar