Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: "Paşinyanın reytinqi xeyli azalıb"

Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqi xeyli dərəcədə azalıb

“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti qapalı sosioloji tədqiqatlara istinadən yazıb.

“Bizim məlumatımıza görə, bugünlərdə buna bənzər sosioloji sorğunun nəticələri Paşinyana təqdim edilib. Orada Nazirlər Kabinetinin rəhbərinin reytinqinin əhəmiyyətli dərəcədə azaldığı və 52-53% arasında dəyişdiyi göstərilib”, – qəzet yazıb.

Nəşr xatırladır ki, cəmi 10 ay əvvəl Paşinyanı əhalinin 90%-dən çoxu dəstəkləyirdi, dekabrın 9-da keçirilən son parlament seçkiləri zamanı isə o, səslərin 70%-dən çoxunu toplayıb, başqa sözlə, yalnız son üç ayda Baş nazirin tərəfdarlar ordusu 20%, son 10 ayda isə 35-40% azalıb.

“Bu nəticələr Paşinyanı çox narahat edib. Mətbuata, “Facebook”a və digər məlumat platformalarına hücumlar, eləcə də müəyyən populist addımlar vasitəsilə diqqəti əhəmiyyətli mövzulardan yayındırmaq elə bununla bağlıdır”, – müəlliflər qeyd edib.

Qəzetin yazdığına görə, hakimiyyət baxımından parlament seçkilərinin dekabrda keçirilməsi əsaslı idi, çünki seçkilər, məsələn, apreldə olsaydı, “Mənim addımım” bloku xeyli az səs toplayar, parlamentdə üç deyil, beş partiya yer alardı.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar