Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Venesuelada həm də İrana qarşı vuruşur

“Hizbullah” Latın Amerikasında ən qorxulu terror qurumuna çevrilib – Araşdırma

İqor Subbotin

Nezavisimaya gazeta, 21.02.2019

Venesuela hökumətinin duruş gətirib-gətirməyəcəyi ərtafında intriqa Bolivarian Respubluikasının xarici siyasət prioritetlərinin nə qədər dəyişilə biləcəyi haqda sual qoyur. Bəzi beynəlxalq oyunçularla münasibətlərin keyfiyyəti indiki lider Nikolas Maduroya Uqo Çavesdən “miras” qalıb. Məsələn, müxtəlif qaynaqlardan irəli gəldiyi kimi, bütün Latın Amerikasında kəşfiyyat fəaliyyəti quran və hətta kokain alverindən qazanmağı öyrənən “Hizbullah”la münasibət bu diplomatik “kapital”a çevrilib.

ABŞ dövlət katibi Mayk Pompeonun Livan “Hizbullah”ının Venesuelada fəal olduğu haqda sözləri müşahidəçilər tərəfindən Maduro rejiminin marginallaşdırılmasına yönəlmiş ümumi təbliğat xəttinə xərac kimi qəbul edilib. Lakin Amerika diplomatiyası şefinin yalnız təkrarladığı belə ittihamların dərinliyinə varılsa, durum o qədər də birmənalı görünmür. Bolivarian Respublikasının beynəlxalq səhnədə öz mövqelərini sürətlə itirən prezidenti Dövlət Departamenti başçısının sözlərini rədd edərək bildirib ki, Karakasın “Allah partiyası” ilə heç bir siyasi münasibəti yoxdur, amma boynuna alıb: Venesuela torpağında, həqiqətən, xeyli livanlı yaşayır. Lakin bütünlükdə Latın Amerikasında da.

Araşdırıcılar mühitində kök salmış fikrə görə, qruplaşmanın bölgədə möhkəmlənməsində məhz ərəb diasporası öz rolunu oynayıb. “Hizbullah” Latın Amerikasında “səngərlənməyə” isə hələ 1980-ci illərdə başlayıb.

Niyə belə olub? Harvard universitetinin araşdırma qruplarından birinin fərziyyəsi sıradakından ibarətdir: Latın Amerikası, məlum olduğu kimi, “Hizbullah”a qəyyumluq edən İrana öz ideyalarını yaymaq və yeni tərəfdarlar ələ almaq üçün gərək idi. Yəqin ki, belə fərziyyələrə inansaq, Birləşmiş Ştatların yaxınlığı şahın süqutundan sayılı illər keçəndən sonra özünün xarici siyasət iddialarının gerçəkləşməsiylə məşğul olan İslam Respublikasını yalnız qızışdırıb. ABŞ və İsrailin terrorçu saydığı emissar qruplaşmalarınn fəallaşması Braziliya, Argentina və Paraqvayın kəsişdiyi “sərhədyanı üçbucaq”da xüsusən duyulan idi. Həm də “Allah partiyası” öz planlarının icrası üçün Livanın diplomatik missiyalarından yararlanmaqdan çəkinmirdi. Qruplaşmaların planına isə təkcə yerli ərəb diasporununn beyni uğrunda mübarizə deyil, həm də … kokain ticarətindən qazanc əldə etmək daxldir.

“Hizbullah”ın döyüşçüləri

Araşdırma mühitində narkobiznesə maliyyə kanallarının şaxələndirilməsi üçün “Hizbullah” strategiyasının bir hissəsi kimi baxırlar. Bir də Qərb yarımkürəsini “ağ qızıl”la doldurmaq Amerika ilə mübarizə taktikası deyilsə, nədir? Amma başqa qaynaqlardan məlum olur ki, “toz” ticarəti “Hizbullah”ın “biznes strategiyası”na yatırılan yeganə məsələ deyil. Venesuelanın müxalif deputatı Ameriko de Qarsiya yanvarın sonunda ispandilli KİV-lərdən birinə bildirib ki, Livan qruplaşması Bolivarian Respublikasının ərazisində yerləşən bir neçə qızıl hasilatı mədənlərinə göz qoyur. Əlbəttə, silah qaçaqmalçılığını da bura əlavə etməyinə dəyər. Amerikanın analitik “Rand” şirkətinin 2009-cu il üçün məruzəsində deyilir ki, “Hizbullah” özünün Latın Amerikası bölgəsindəki cinayətkar əməliyyatlarından ildə 20 milyon dollara yaxın pul götürür. “Şərin maliyyələşdirilməsi” kitabının müəllifi, Amerika Demokratiyası uğrunda Mərkəzin direktoru Reyçel Erenfeld daha inamlı açıqlama verir: o, “sərhədyanı üçbucağı “Hizbullah”ın daha dəyərli xarici maliyyə qaynağı adlandırır.

“Hizbullah”ın Qərb yarımkürəsi ölkələrində terror həmləsi həyata keçirə bilmədiyini iddia etmək sadəlövhlükdür. ABŞ-ın Amerika Dövlətləri Təşkilatındakı keçmiş daimi təmsilçsi Rocer Noryeqa 2011-ci ildə Konqres qarşısında şahidlik edib ki, İran Latın Amerikasının, ən azı, 12 ölkəsində 80 nəfərlik kontingentə malikdir. Argentinanı hələ 1990-cı illərdə silkələyən teraktlar İran və satellitlərinin Latın Amerikasında azsaylı, amma təhlükəli döyüş qruplarının olduğundan xəbər verir. “Allah partiyası”nın terrorçuları 1992-ci ildə Buenos-Ayresdə İsrail dipmissiyasının yanında saxlanmış avtomobili partladıblar. Hücum nəticəsində 20-dən çox adam həlak olub, yaralıların sayı iki yüzü keçib. 1994-də Argentina Yəhudi Mədəniyyət Mərkəzinin binası yanında partladıcı qurğu partlayıb. Həlak olanlarn sayı 80-dən yuxarı olub. Kiçik Filip Uilkoks – o zamanlar Dövlət Departamentinin terrorla mübarizə üzrə koordinatoru Nümayəndələr Palatasında bildirib ki, “Hizbullah” bölgədə “əsas beynəlxalq terror təhlükəsi”nə çevrilib. Argentinada yerli prokuror Alberto Nisman hücumları araşdıraraq “Hizbullah”ın Latın Amerikasında iştirakı haqda 500 səhifəlik məruzə tərtib edib. Onda “Hizbullah”ın bölgə ölkələrindəki kəşfiyyat və əməliyyat fəaliyyətindən birbaşa danışılır. Onda təhlükə zonası kimi “üçbucaq”dan savayı Çili, Kolumbiya, Uruqvay, Surinam, Trinidad və Tobaqonun adları çəkilir.

Barak Obama administrasiyasını “Allah partiyası”nın Cənubi Amerikaya qeyri-sağlam münasibətini araşıdrmaq istəksizliyində dəfələrlə qınayıblar. ABŞ-ın 44-cü prezidentinin İranla “nüvə sazişi”ni tezliklə bitirmək niyyətini belə “tolerant”lığın səbəbi sayıblar. Ağ Ev Donald Trampın dönəmində özünü daha qətiyyətli aparır. Argentina hökuməti 2018-in yayında Livanın, hesab edildiyi kimi, “Hizbullah”a bağlı Bərəkət qəbiləsindən 14 adamın maliyyə aktivlərini dondurub. Yerli polis artıq sentyabrda Əsəd Bərəkətin – Livan qruplaşmasının “maliyyəçi”sinin qapısını döyüb. “Hill” nəşrinin qeyd etdiyi kimi, belə hərəkət üçün kürəsəl dövlət səviyyəsində siyasi iradə gərək idi – özəlliklə nəzərə alınsa ki, Argentinada “Hizbullah” emissarlarını sığınacaqdan məhrum edəcək hüquqi mexanizm yoxdur.

Hətta Rusiya rəhbərliyi Suriya münaqişəsində Rusiya və “Hizbullah”ın bir tərəfdə durduğunu nəzərə almaqla şiə təşkilatına özünün müttəfiqi kimi baxa bilməz – ayrıca incələmə tələb edən bir sıra taktiki səbəblərə görə də. ABŞ-la təmas nöqtələrnin axtarışı daha yüksək prioriteti təmsil edir. Ehtimal ki, “Hizbullah”ın Latın Amerikasındakı gizli fəaliyyətiylə mübarizədə Moskvanın Vaşinqtona öz yardımını təklif edib-etməmək üzərində düşünməyinə dəyər. Ondan gələn artan təhlükəni nəzərə almaqla. Bu, Rusiya-Amerika münasibətlərinə, heç olmasa, bir zərrə inam qatar və inanmaq istəyirik ki, Rusiya hökumətinin 2018-ci ildə Argentinadakı “kokain qalmaqalı”ndan sonra düçar olduğu nüfuz itkisinin yerini doldurmağa yardım edər.

Tərcümə: strateq.az

pia.az


Etiket: ABŞ Venesuela

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar