Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurdlanmış "SƏBA" toyuq ətləri – Fotolar  

“SƏBA” Açıq Səhmdar Cəmiyyətinın quşçuluq təsərrüfatlarında yetişdirilib satışa çıxarılan toyuq ətinin bir hissəsi Bakıdakı marketlərdən yığışdırılıb

Məlumatda bunun səbəb kimi, “Səba” markalı toyuq ətlərinin qurdalanmış olması göstərilib.

Qeyd olunur ki, istehlakçıların bu barədə etiraz və xəbərdarlığından sonra məhsul mağazalardan, o cümlədən iri supermarketlərdən yığışdırılıb və araşdırma başlayıb. Toyuq ətinin qurdlandığı öz təsdiqini tapsa da, bunun səbəbini təyin etmək mümkün olmayıb.

Məlumatı dəqiqləşdirmək üçün bizə təqdim olunmuş fotosübutla birlikdə “Səba”nın Baş ofisinə yazılı sorğu ünvanlasaq da, 3 gün ərzində cavab verilmədi.

Xatırladaq ki, ekspertlər dəfələrlə Azərbaycanda bəzi quşçuluq təsərrüfatlarında yetişdirilən toyuq ətinin insan sağlamlığı üçün təhlükəli ola biləcəyinə dair xəbərdarlıq ediblər. Bunun səbəbi kimi isə toyuqların yemlənməsi zamanı genetik modifikasiya olunmuş (GMO) bitkilərdən hazırlanmış yemdən istifadə olunması göstərilib. Belə yemdən istifadə edən şirkətlərdən biri də “Səba” ASC-dir.

Belə ki, “Səba” ASC toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib. “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.

Məsələnin narahatlıq doğuran tərəfi isə odur ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb. Bu şirkətin hazırda dünyanın 71 ölkəsində, o cümlədən də region ölkələrində – Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusda nümayəndəlikləri fəaliyyət göstərir. Ölkəmizdə “Monsanto” şirkətinin fəaliyyət göstərməməsinə əsas səbəb kimi Azərbaycana GMO-lu məhsulların gətirilməsinin qadağan edilməsi göstərilir. Ekspertlər “Səba” şirkətini bu məhsulu başqa ad altında ölkəyə gətirməkdə itiham ediblər.

Qeyd edək ki, “Səba” İstehsalat Birliyinin nümayəndəsi istehsal etdikləri qarğıdalıların GMO tərkibli olmadığını iddia edib. Ancaq şirkətin məhsulları ilə bağlı yayılan son məlumatlar, istər-istəməz ekspertlərin narahatçılığını yada salır.(“AzPolitika.info”)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar