Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuela böhranının anatomiyası - Araşdırma

Venesuela prezidenti Nikolas Maduro Almaniya, Fransa və İspaniyanın ultimatumunu rədd edib – ultimatumun məğzi: Venesuelada səkkiz gün ərzində erkən seçkilər təyin edilməsə, müxalifət lideri Xuan Huaydonu ölkənin müvəqqəti prezidenti qəbul edəcəklər

Venesuelada nəsə misli görünməmiş hadisələr baş verir. İğtişaşlar müxalifət lideri, Venesuela Milli Assambleyasının sədri Xuan Huaydo yanvarın 23-də özünü Venesuela prezidentinin vəzifəsini icra edən elan etdikdən sonra başlanıb. ABŞ, Kanada, Gürcüstan, Braziliya, Argentina, Kolumbiya Çili, Ekvador, Kosta-Rika, Peru, Paraqvay, Honduras, Panama yalançı prezidenti sanki komanda üzrə tanıyıb. Kuba, Boliviya, Nikaraqua, Salvador, habelə Rusiya, Türkiyə və İran başlanmış qarşıdurmada prezident Maduronu dəstəkləyib.

Rusiya XİN-də yanvarın 24-də qeyd ediblər: “Xaricdən durumun süni şəkildə qızışdırılması aparılır, ən radikal əhvali-ruhiyyəyə təkan verilir. Suveren dövlətin daxili işlərinə həyasızcasına açıq müdaxilə davam edir”.

“The Wall Street Journal” xəbər verir – Huaydonun bəyanatından bir gün qabaq ABŞ vitse-prezidenti Maykl Pens ona zəng edib və “söz verib ki, Huaydo hakimiyyəti Madurodan qamarlasa, ABŞ onu dəstəkləyəcək”. WSJ yazır – ABŞ indi Venesuelada öz müttəfiqlərilə işləyir, həm də … “Tramp administrasiyasnın müxalifət lideri Xuan Huaydoya dəstək nəzərdə tutan gizli planı ciddi düşünülüb və sərt şəkildə koordinasiya olunur”.

“The Wall Street Journal”-in məlumatına görə, Tramp administrasiyası son bir neçə həftədə Venesuelanın “demokratik irsə” qayıdışı haqda məsələ üzrə Venesuela müxalifətinin təmsilçilərilə danışıqlar apararaq Maduronun devrilməsi üzrə gizli planı onlarla detallaşdırıb. Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və ABŞ dövlət katibi Mayk Pompeo planın hazırlanması və dəqiqləşdirilməsində iştirak ediblər.

“Associated Press” agentliyi xəbər verib ki, Huaydo dekabrın ortalarında Venesuelanın Kolumbiya ilə sərhədini rəsmi sərhəd məntəqələrindən kənarda qeyri-leqal keçib və Vaşinqton, Kolumbiya və Braziliyaya səfər edib ki, müxalifətin kütləvi nümayişlərini bu ölkələrin rəsmilərilə razılaşdırsın. AP agentliyi qeyd edir ki, amma Venesuela müxaliflərinə əsas dəstəyi ABŞ Dövlət Departamenti verib.

Venesuelanın qarışdırılması planı hələ on il qabaq prezident Uqo Çavesin dönəmində hazırlanmağa başlamışdı. Bu, 2006-nın noyabrında ABŞ-ın Venesuela səfiri Uilyam Braunfildin gizli teleqramında şərh olunmuşdu; teleqramı sonradan WikiLeaks saytı dərc edib. Plan Braunfild tərəfindən ABŞ-ın Cənub komandanlığı üçün hazırlanmışdı və “Çavesin siyasi bazasına sızma”, “çavizmin parçalanması”, “ABŞ biznesinin həyati maraqlarının qorunması”, “Çavesin beynəlxalq səviyyədə təcridi”nı nəzərdə tuturdu. Braunfild Venesuelada “vətəndaş forumları” deyilən qurumların təşkilinə milyonlarla dollar itirən USAID və OTI (Office of Transition Initiatives) kimi təşkilatların təxribatçı fəaliyyətini təsvir edib. Amerika səfiri OTI-nin 600 000-dən çox venesuelalını əhatə edən “Demokratiya aramızda” təhsil proqramı haqda da danışıb. Braunfild məlumat verib – USAID 2004-2006-ci illərdə Venesuelanın, haradasa, 300 QHT-ə 300 milyon $-a yaxın ayırıb, ABŞ-ın hədəflərinə çatmaqda onlara texniki dəstək təklif edib.

“The Intercept” poprtalı yazır ki, Amerikanın milyarder Kox qardaşlarının maliyyələşdirdiyi “Atlas Network” kürəsəl şəbəkənin Venesuela filialı indiki böhranda önəmli rol oynayır. Uqo Çaves “Koch Industries” şirkətinə neft satmaqdan imtina edəndə onlar “Cedice Liberta” strukturu vasitəsilə Maduronun Mariya Korina Maçado və Leopoldo Lopes kimi siyasi düşmənlərini dəstəkləməyə başladılar. Bu müxaliflər Venesuelada “diktator rejimi” devirməkdə yeganə mümkün üsul kimi baxdıqları şəhər zorakılığının (guarimba) tərəfdarıdırlar. ABŞ Pentaqonda işlənmiş, “hədəf ölkə”yə qarşı komplekls maliyyə sanksiyaları və siyasi müxalifətə dəstəklə yanaşı hərbi güc işlətmək təhdidi ilə aktiv onlayn əməliyyatların tətbiqini nəzərdə tutan “məcbur edən güc” strategiyasını (coersive power) indi Venesuelada sınayır. Fransa publisisti, “Volter şəbəkəsi”nin qurucusu Tyerri Meysan hesab edir ki, ABŞ-ın məqsədi təkcə prezident Maduronu devirmək və oyuncaq Huaydonu onun yerinə qoymaq deyil, “Karib hövzəsində (Latın Amerikası) bölgəsi ölkələrində dövlət strukturunu dağıtmaqdan” ibarətdir. Tyerri Meysanın fikrincə, bu, əvvəlcə Nikolas Maduronun, sonra Xuan Huaydonun da aradan qaldırılmasını tələb edir. Lakin “son hadisə Huaydo İsrail, Böyük BritaniyaABŞ-ın dəstəyi ilə “sülhməramlılar”ın yerləşdiriləcəyi Braziliya, Hayana və Kolumbiyadan “yardım istəməmişdən” qabaq baş verməyəcək, bütöv şəhərlər xarabazarlığa dönənə kimi zorakılıq davam edəcək”.

…Bu günlərdə Venesulada baş verən hadisələrin önəmi bundan ibarətdir ki, II dünya savaşından qabaq İspaniyada baş verən dünya düzəninin yenidən radikalcasına qurulmasına can atan bənzər hadisə orada sınaqdan keçirilir. (Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar