Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CNN: Avropada antisemitizm dalğası güclənir

Avropada antisemitizm heç vaxt yox olmayıb, bu qitədə yəhudilərə qarşı fobiya dalğası getdikcə güclənir

Bu fikirlər CNN televiziyasının Avropanın yeddi ölkəsində keçirdiyi sorğunun nəticələri ilə bağlı hesabatının müqəddiməsində yer alıb.

Avropa ölkələrindən 7 min insanın iştirak etdiyi sorğuda respondentlərin dörddəbiri əminliklə bildirib ki, yəhudilər onların ölkələrində maliyyə və biznes sahələrinə hakimdirlər. Hər beş nəfərdən biri isə onların media və siyasətdə söz sahibi olduqları qənaətindədir. Bəzi ölkələrdə antisemitizm meyilləri daha güclüdür: Macarıstan əhalisinin 42 faizi hesab edir ki, yəhudilər bütün dünyada biznes və maliyyə sahələrində həlledici təsirə malikdirlər.

CNN-nin hesabatında vurğulanır ki, avropalıların 44 faizi antisemitizm dalğasının gücləndiyi qənaətindədir, onların daha az hissəsi – cəmi 18 faizi isə bunun səbəbinin yəhudilərin gündəlik davranışı ilə bağlı olduğunu düşünür. “Polşada əhalinin 50 faizi hesab edir ki, yəhudilər öz mövqelərini gücləndirmək üçün Holokost amilindən istifadə edib, macarların isə19 faizi onlarla birgə yaşamaq istəmədiklərini bildiriblər”, -deyə hesabatda vurğulanır.

Sorğunun nəticələrini şərh edən Polşanın baş ravvini Maykl Şudriç qeyd edib ki, antisemist əhval-ruhiyyə hər zaman olub, lakin bəzi insanların bunu açıq dilə gətirməsi düşündürücüdür. Onun sözlərinə görə, bu mənzərə heç də ürəkaçan deyil.

CNN-nin hesabatında qeyd edilir ki, İkinci Dünya müharibəsində altı milyondan çox yəhudinin qətlə yetirildiyi Almaniyada antisemist şüarlar səsləndirmək qanunla qadağandır. Buna baxmayaraq, Berlin və digər alman şəhərlərində keçirilən neonasist mitinqlərində yəhudilərin əleyhinə çağırışlar, nasist salamları adi hala çevrilib.

Bu ölkəyə 1,4 milyon mühacirin gəlməsi almanların narazılığına səbəb olub, lakin bir çox hallarda neonasistlərin qəzəbi müsəlmanlara yox, yəhudilərə qarşı yönəlir. Son seçkilərdə tərəqqiyə nail olmuş “Almaniya üçün alternativ” partiyası isə almanları öz keçmişi ilə (yəhudilərin təqibi məsələsində) fəxr etməyə çağırıb.

Telekanalın sorğusunun nəticələrini şərh edən fransalı yəhudilər antisemitizmin yeni təzahürü ilə qarşılaşdıqlarını bildiriblər. Belə ki, Fransada yəhudilərə qarşı əhval-ruhiyyəni yerli əhali deyil, buraya mühacirət etmiş ərəblər qızışdırır. CNN kameralarının qarşısına çıxmaq istəməyən yəhudilər telekanala müsahibəsində bildiriblər ki, yerli əhaliyə qaynayıb qarışmaq və onlardan heç nə ilə fərqlənməmək daim bu icmanın məqsədi olub. Almaniyada Berlin yəhudi icmasının rəhbəri Doron Rubin də antisemitizmin buradakı ərəb-müsəlman mühacirlərdən qaynaqlandığını vurğulayıb. (AzərTAc)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar