Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Camaat Əkbər Hacıyevin işindən narazıdır... - "Azəriqaz" isə "problem yoxdur" deyir...

Sumqayıt, Xırdalan və Bakıətrafı qəsəbələrdə havalar soyuyan kimi təbii qazın verilməsində azalma olur; kənd rayonlarında isə əhali odun yandırır

Havaların bir qədər soyuqlaşması Azərbaycanda qaz təchizatı ilə bağlı məsələni yenidən aktuallaşdırıb. Artıq bir neçə gündür sosial şəbəkələrdə qazın təzyiqinin aşağı olması ilə bağlı müzakirələr başlanıb. Müzakirələrdən aydın olur ki, Sumqayıt və Xırdalan şəhərləri, Sumqayıt və Bakı ətrafındakı yaşayış məntəqələrindən narazılıq daha çoxdur. İnsanlar qazın təzyiqinin artırılması üçün qış rejiminə keçidin gözləndiyini, buna görə evlərdə qazın zəif yandığını bildirirlər.

Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev “Yeni Müsavat”a deyib ki, qurum qış rejiminə keçidi gözləmir: “Deyirsiniz, sosial şəbəkələrdə müzakirələr, narazılıqlar var. Orada narazılıq edən şəxslər müraciət etsinlər Birliyin qaynar xəttinə, qeydiyyatdan keçsinlər, bizim əməkdaşlarımız gedib yerində yoxlasınlar vəziyyəti. Sosial şəbəkədə yazmaqdansa, bu addımları atsınlar və əgər qaz təchizatında problem varsa, onun aradan qaldırılmasına çalışsınlar. Bunun qaydası budur”.

Azəriqaz” İB-nin rəsmisi qeyd edir ki, qaz təchizatı ilə bağlı kütləvi narazılıq yoxdur: “Ayrı-ayrı fərdi qaydada narazılıqlar varsa, onların da həlli yolunu mən dedim. Bu gün ölkənin qazla yüksək səviyyədə təchizatı üçün bütün imkanlar var. Buna görə də biz havalar soyuyub, tələbat artan kimi şəbəkəyə verilən qazı da artırırıq. Təkcə dünəndən bu günə ölkə üzrə qaz verilişini 661 min kubmetr artırmışıq. ”Azəriqaz" İstehsalat Birliyi qazla təchizatı tələbata uyğun həyata keçirir, yay-qış rejimi şərti məsələdir. Yay aylarında ölkə üzrə gündəlik sərfiyyat 5-10 milyon kubmetr olursa, qışda bu göstərici 30 milyon kubmetri keçir".

Maraqlıdır ki, İ.Kərbəlayev “Azərtac”a xeyli fərqli açıqlama verib. Onun rəsmi informasiya agentliyinə dediyinə görə, qış rejiminə keçidlə əlaqədar noyabrın 15-dən etibarən “Azəriqaz” İB əhali sektoru üzrə sutkalıq təbii qaz sərfiyyatını 1 milyon 664 min kubmetr artırıb: “Hazırda respublikada əhali sektoru üzrə gündəlik təbii qaz sərfiyyatı 22 milyon 632 min kubmetrdir ki, bunun da 13 milyon 19 min kubmetri Bakı, 9 milyon 613 min kubmetri isə regionların payına düşür”. “Azəriqaz” rəsmisi əlavə edib ki, hazırda qurum ölkə üzrə 2 milyon 164 min 319 abonenti fasiləsiz təbii qazla təmin edir: “Qarşıdakı günlərdə əhalinin təbii qaza olan tələbatı artdıqca "mavi yanacaq"ın verilişində də artım olacaq".

Qeyd edək ki, qış rejiminə keçidin başlanmasından sonra da Sumqayıt və Xırdalan ərazisində qazın təzyiqində ciddi bir artım qeydə alınmayıb.

Rəsmi statistikaya görə, bu ilin 9 ayında ölkədə təbii qazın hasilatında artım qeydə alınıb. Belə ki, yanvar-sentyabr aylarında Azərbaycanda 22 milyard 246,7 milyon kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövründən 5,5 faiz çoxdur. Hasil olunan qazın 13 milyard 833,8 milyon kubmetri əmtəəlik olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən qeyd olunan dövrdə Azərbaycandan xaricə 5 milyard 262 743.40 min kubmetr qaz satılıb.

Daxili istehsalla yanaşı, Azərbaycan 2017-ci ilin noyabrından Rusiyadan da qaz alır. Bununla bağlı müqavilə ötən ilin noyabrında SOCAR-la “Qazprom” arasında imzalanıb. Müqaviləyə əsasən bu ilin sonunadək Azərbaycan Rusiyadan 1,6 milyard kubmetr qaz almalıdır. Ötən il bunun 349 milyon kubmetri, bu il isə 900 milyon kubmetrdən çoxu idxal olunub. SOCAR-dan verilən açıqlamaya görə, ilin sonunadək müqavilədə nəzərdə tutulan həcmin tədarük edilməsi mümkündür.

2016-cı ildən etibarən Azərbaycan İran üzərindən Türkmənistandan da qaz alır. Rəsmilər Rusiya və Türkmənistandan qazın daxili tələbatı ödəmək üçün alındığını bildirirlər. Bəzi məlumatlara görə, bu ilin 8 ayı ərzində Türkmənistandan 700 milyon kubmetr qaz alınıb.

Artıq 3 ildir Azərbaycan Türkiyə və Gürcüstana qaz ixracına dair müqavilələrini vaxtında icra etmək üçün əlavə qaz həcmlərinə ehtiyac duyur. Məsələn, bu ilin əvvəlindən etibarən Gürcüstan bütünlüklə Azərbaycan qazı ilə təmin olunur. Bu barədə razılaşma ötən ilin sonlarında əldə olunub. Buna görə də daxili tələbatın bir hissəsi xaricdən alınan qaz hesabına təmin edilir. Bu alqı-satqı nəticəsində SOCAR-ın üzləşdiyi zərər isə dövlət büdcəsi hesabına örtülür. Belə ki, xaricdən alınan qaz daxildəki istehlakçılara satış qiymətindən baha başa gəlir. 2016-cı ildə SOCAR-ın üzləşdiyi zərəri qarşılamaq üçün 2017-ci ilin büdcəsindən 250 milyon manat ayrılıb. 2018-ci ildə isə enerji istehsalı müəssisələrinə ucuz satılan qaza görə SOCAR-a büdcədən 300 milyon manat veriləcəyi nəzərdə tutulur.

Qeyd olunanlar göstərir ki, reallıqda Azərbaycan əhalisini qazla təmin etmək sahəsində ciddi bir problem olmamalıdır. Hətta xaricdən almaqla da olsa, dövlətin verdiyi dəstək sayəsində qışın soyuğunda insanları şam alovuna möhtac qoymamaq olar.

Çox təəssüf ki, “Azəriqaz” rəsmiləri əhalinin qazın azlığından əziyyət çəkməsini heç vaxt etiraf etmirlər. Belə ki, bu etirafın arxasından problemin səbəblərinin izahı, əsaslandırması gəlməlidir. Əhali bilməlidir ki, soyuq havalarda pulunu ödədiyi halda niyə keyfiyyətli qaz təchizatı əldə edə bilmir?

Bölgələrdən redaksiyamıza edilən şikayətlərdə isə bildirilir ki, əhali əksər kənd və qəsəbələrdə (hansı ki onlar sənəddə qazlaşdırılıb - D.S.) odun sobalarından istifadə edirlər.

Mövzunu davam etdirəcəyik.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar