İranda sərnişin avtobusunun benzindaşıyan maşınla toqquşması nəticəsində 19 nəfər həyatını itirib
Bununla bağlı İranın İsfahan bölgəsi üzrə təcili yardım mərkəzi məlumat yayıb.
Bəzi İran mətbuatı şahidlərə istinadla qəza zamanı 21 nəfərin öldüyünü yazıb. Məlumata görə, hadisə Bakı vaxtı ilə 23:30-da Kaşan-Natanz magistralında baş verib.
Hadisə nəticəsində hər iki avtomobil yanıb. 27 nəfərin xəsarət aldığı bildirilib.(oxu.az)
pia.az