Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manat 1 qəpik ucuzlaşsa, insanlar kütləvi şəkildə dollar alacaq

Söhbət psixoloji həddən getmir

Qonşu Türkiyə, Rusiyaİranda yerli valyutaların kəskin ucuzlaşması fonunda Azərbaycan manatının da dəyərdən düşəcəyinə dair əhali arasında ajiotaj yarandı. Bununla belə, vətəndaşların valyuta məntəqələrində kütləvi şəkildə manatı dollara dəyişdirməsinin şahidi olmadıq. Bəs vətəndaşların valyuta məntəqələrinə kütləvi axın etməsi üçün məzənnədə psixoloji hədd hansıdır?

Mövzunu Sonxeber.az-a dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda 2017-ci ilin II yarısından etibarən faktiki olaraq sabit məzənnə siyasəti həyata keçirilməsi nəzərə alınsa, o zaman söhbət psixoloji həddən getmir.

Məzənnənin istiqamətinin dəyişilməsi vaxt alır

R. Həsənov bildirib: "2015 və 2016-cı illərin təcrübəsi onu göstərir ki, Azərbaycanda məzənnənin istiqaməti azalan və ya yüksələn tərəfə yönələndə bir müddət bu proses davam edir. Valyuta bazarının iştirakçıları da buna uyğun olaraq öz mövqelərini müəyyənləşdirirlər. Məzənnənin istiqamətinin dəyişilməsi müəyyən vaxt alır ki, bu da insanlara həmin zaman kəsiyində valyuta üzrə öz mövqelərini müəyyənləşdirməyə imkan verir".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Məzənnə hətta mində bir qəpik artarsa…

Ekspert diqqətə çatdırıb ki, məzənnə hətta mində bir qəpik artan istiqamətdə olurdusa, o zaman artıq proqnozlaşdırmaq olurdu ki, növbəti həftələrdə qiymətlər artan dinamika nümayiş etdirəcək. Eyni sözləri azalan istiqamətdə üzrə gedən proses üçün də demək mümkündür.

Manat 1 qəpik ucuzlaşanda

Onun sözlərinə əsasən, buna görə də indiki halda vətəndaşların kütləvi dollar almasına təsiri məzənnənin psixoloji həddindən daha çox Azərbaycan Mərkəzi Bankının növbəti günlərdə müəyyənləşdirəcəyi rəsmi məzənnənin hansı istiqamətdə olacağı göstərəcək: "Çünki Mərkəzi Bank manatın məzənnəsinin hətta bir qəpik səviyyəsində belə ucuzlaşması istiqamətində qərar qəbul edərsə, bu, vətəndaşlarda növbəti dövrlərdə manatın dəyərsizləşəcəyinə və son nəticə olaraq kütləvi şəkildə valyuta məntəqələrinə üz tutulmasına dair qənaət formalaşdıracaq. Bizdə vəziyyət belədir".

Dolların 2,80 manat səviyyəsində olacağı gözləniləcək

R. Həsənov əlavə edib ki, ümumiyyətlə götürəndə isə dolların məzənnəsi təxminən 1,80 səviyyəsini keçərsə, o zaman artıq növbəti hədəf olaraq vətəndaşlar daha çox 2 manat səviyyələrinə yönələcəklər: "Çünki Azərbaycan manatı bir neçə dəfə, xüsusilə 2017-ci ilin əvvəlində 2 manata yaxın səviyyəyə yaxınlaşdı, lakin o səviyyəni keçmədi. Buna görə də vətəndaşlar manatın dollar qarşısında 2 manat səviyyələrinədək ucuzlaşacağını proqnozlaşdırır. Əgər məzənnə 2 manat səviyyəsini ötərsə, o zaman hədəflər də dəyişəcək. Bu zaman 2,50 manat və 2,80 manat səviyyəsində gözlənti formalaşacaq".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar