Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Namizədin posterini qoparan bələdiyyə sədri danışdı: “Montajdır...” - Videofakt

Zaqatala rayonunun Qımır kəndində bələdiyyə sədri Hacıyev Abdurahman deputatlığa namizədlərdən birinin posterlərinin qoparılması ilə bağlı göstəriş verib

PİA.az Yeniavaz.com-a istinadn xəbər verir ki, bununla bağlı kadrlar “Zaqatala News” feyzbuk səhifəsində yayımlanıb.
Kadrlarda sədr 110 saylı Zaqatala seçki dairəsindən namizədliyini irəli sürmüş Fariz Həsənliyə məxsus posterlərin qoparılması barədə göstəriş verir və həmin posterləri büküb cırır.
Məsələ ilə bağlı A. Hacıyevlə əlaqə saxladıq. O Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bəli həqiqətən də o, kadrlarda göründüyü kimi posterlərin sökülməsi ilə bağlı göstəriş verib: “Amma bu Fariz Həsənliyə qarşı bir qərəz deyil. Sadəcə olaraq o posterlər təyin olunmuş yerlərə yapışdırılmamışdı. Mağazanın içində mənim Fariz Həsənliyə məxsus posteri büküb çırmağım isə video-montajdır”.
110 saylı Zaqatala seçki dairəsindən namizədliyini irəli sürmüş Fariz Həsənli isə bildirdi ki, həmin görüntülərdən xəbərdardır və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək: “Məndə başqa kadrlar da var, amma mən bunları paylaşmamışam, çünki məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Bu hal sadəcə Qımırda deyil, Muxax və Əliabad kəndlərində də belə hallar baş verib və onların da kadrları məndə var”.
F. Həsənli həmçinin onu da bildirdi ki, həmin yerlərə posterləri özü vurmayıb, bunu sakinlərin özləri edib: “Təyin olunan yerə biz öz posterlərimizi vurmuşuq. Digər yerlərdə isə sakinlərin özləri bu addımı atıb. Necə olur ki, dükanda saqqız reklamı olur, amma bizim posterə icazə verilmir. Məndə belə bir məlumat da var ki, mənim posterimi cırdıqdan yarım saat sonra digər bir namizədin posterini gətirib və tapşırıb ki, bunu vurun”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar