Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metro: “Gur saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”

"Sentyabrın 20-dən “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” və “28 may” stansiyaları arasında, gur saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Bakı metrosunda əsas sıxlıq ali təhsil müəssisələrində tədrisin başlaması ilə müşahidə olunacaq. Bu yay sərnişinlərin sayı əvvəlki illərə nisbətən bir az da azalıb. Sentyabr ayından isə sərnişin kütləsinin müəyyən nisbətdə artması müşahidə olunub. Gündəlik sərnişin sayı hazırda 430 minə yaxınlaşıb. Təhsil müəssisələrində tədrisin başlaması bu artıma təkan verib. Bununla bağlı metropolitendə yoxlama nəzarət monitorinqlərinin sayı dəfələrlə artıb. Gün ərzində bir neçə dəfə monitorinq təşkil olunur. Monitorinqlərin əsas məqsədi gur saatların vaxtını təyin etməkdir”, - deyə o, qeyd edib.

B.Məmmədovun sözlərinə görə, bu tədbirlər 2019-cu ilin eyni dövrü ilə müqayisələr aparılaraq tətbiq olunur: "Çünki metropolitenin normal şəkildə sərnişinlərə xidmət göstərdiyi axırıncı dövr həmin dövrdür. Biz tədris prosesinin fəal başlamasını əsas götürərək bunu tətbiq etmişik. Amma pandemiya şəraitinin davam etməsi ilə əlaqədar olaraq istər tədris müəssisələrinin, istərsə də iş müəssisələrinin iş rejimində müəyyən dəyişikliklər ola bilər. Ona görə də metropoliten buna hər zaman hazır olmalıdır. Sıxlığın azalması üçün maksimum texniki imkanlar tətbiq etmişik. Əvvəlki illərlə müqayisədə xüsusi sıxlıq müşahidə olunmur. Hətta bu ilin iyun ayı ilə müqayisədə belə sıxlıq artmayıb. Lakin bizim xüsusi nəzarət mexanizmimiz indidən başlayıb ki, biz artıq sentyabrın 29-dan sonra tədris ocaqlarının fəaliyyətinin başlamasına hazır olaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar