Şənbə, 22 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Mehdi Mehdiyevin Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüşü

22 yanvar 2020 - ci ildə 50 saylı Abşeron - Qobustan seçki dairəsindən deputatlığa namizəd Mehdi Mehdiyev Abşeron rayonunun Qobu qəsəbəsində seçicilərlə görüş keçirib...

Görüş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əziz vətən övladlarının ruhunu yad etməklə başladı.

Tədbirin aparıcısı Qarabağ müharibəsi əlili hacı Zülfüqar Mehdi Mehdiyevin şərəfli həyat yolu haqqında məlumat verdi.

Sonra Qarabağ Müharibəsi əlili, Əfqanıstan Müharibəsi və Silahlı Qüvvələr veteranı Azərbaycan Bayrağı ordenli, ehtiyyatda olan polkovnik Mehdi Mehdiyev seçki platforması haqqında geniş məlumat verdi.

Mehdi Mehdiyev cənab Prezidentin apardığı islahatlar strategiyasına hər zaman dəstək oldugu kimi, millət vəkili seçiləcəyi təqdirdə də bu siyasəti dəstəkləyəcəmisi bildirdi. O, hər bir sakinə xususi diqqət və qayğı göstərəcəklərini və müntəzəm olaraq seçicilərlə əlaqə saxlayacağına söz verərək, onların problemlərinin həll edilməsi üçün aidiyyatı qurumlarla bir yerdə çalışacağını dedi.



Qobu qəsəbəsinin sakini, Qobu qəzetinin baş redaktoru Məmmədağa müəllim Qobu kəndinin Böyük Vətən Müharibəsinə 400 nəfər getməsini, 200 nəfərdən çoxunun həlak olmasını və Qarabağ müharibəsində 30 şəhid verən qəsəbə kimi Mehdi Mehdiyevi dəstəkləyəcəklərinə söz verdi.

Qobu qəsəbəsinin ağsaqqallarından kərbəla Şakir kişi də bütün qəsəbə sakinlərini Mehdi Mehdiyevə səs verməyə çağırdı.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quluyev Mehdi Mehdiyevin keçdiyi döyüş yolu haqqında danışaraq hər kəsi Mehdi Mehdiyevə səs verməyə çağırdı.

Təxris olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Mehdi Mehdiyevin Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri kimi son 20 ildə müharibədən zərər çəkən vətəndaşlarımıza göstərdiyi diqqət və qayğıdan bəhs edərək Mehdi Mehdiyevin dövlətimizin və xalqımızın qarşısında xidmətlərindən bəhs etdi. Mehdi Mehdiyevin daim insanların problemləri ilə maraqlandığını, onların həll edilməsinə kömək etdiyini bəyan etdi.

Daha sonra Bakı Veteranlar Cəmiyyətinin sədri Fuad Rzayev öz çıxışında Mehdi Mehdiyevin keçdiyi döyüş yolundan bəhs edərək qəsəbə sakinlərini Mehdi Mehdiyevə səs verməyə çağırdı.Seçicilərin sullarını cavablandıran Mehdi Mehdiyev onların qaldırdıqları məsələləri hər tərəfli araşdıraraq həll edilməsi üçün çalışacağına söz verdi.

Görüşün rəsmi hissəsi bitdikdən sonra Mehdi Mehdiyevin dəstək qurupunun üzvləri olan meyxana usdadları Vətən, Qazi və qələbə haqqında meyxanalar səsləndirdilər.

Qobu sakini vətənpərvərlik haqqında mahnı ifa etdi.

Görüşün sonunda bir qrup sakinlə fərdi qaydada görüşən Mehdi Mehdiyev Qobu sakinləri ilə xatirə şəkli çəkdirdi.

pia.az

Fotolar



Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Mehdi Mehdiyev

Şərh yazın.


loading...

Ən çox oxunanalar