Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduro əleyhdarlarına qarşı işgəncə ilə divan tutmaqda təqsirləndirilir

Rejim rəhbəri beynəlxalq məsuliyyətə cəlb oluna bilər

Venesuela prezidenti Nikolas Maduro özünə qarşı edilən hücumları hələlik dəf edə bilir. Rejimin həm vətəndaş cəmiyyətindən gələn təzyiqlərə, həm də hərbi qanaddan çevriliş cəhdlərinə qarşı sinə gəlməsi rəqiblərinin belə, təəccübünə səbəb olub.

Qərb mediası Maduro hakimiyyətini müxalif kəsimə Pinoçet metodları ilə davranmaqda ittiham edir.

Keçən həftə dövlət çevrilişi ittihamı ilə həbs edilən Rafael Akosta Arevalo adlı kapitanın baş prokurorluğun binasında qəfildən ölməsi rejimin ağır işgəncə metodlarından istifadə etməsi ehtimallarını gücləndirib.

Ölən hərbçinin vəkili Alonso Medina Roa müdafiə etdiyi şəxsin məhkəməyə gətirildiyi zamanda belə, onun sifətində və bədənində dəhşətli döyülmə izlərinin açıq-aşkar göründyünü söyləyib.

Venesuela müxalifətinin lideri Xuan Quaydo BMT İnsan haqları məhkəməsinə, Amerikaarası İnsan hüquqları komissiyasına və Beynəlxalq Cinayət Məhkəməsinə məktub göndədərək bu kimi halların araşdırılması üçün beynəlxalq müstəqil məhkəmə-tibb ekspertlərinin cəlb edilməsini istəyib.

Nikolas Maduro hökumətinə qarşı barışmaz mövqeyi ilə bilinən Kolumbiya prezidenti İvan Duke isə hətta bütün dövlətləri Venesueladakı rejimi bitirmək üçün birləşməyə çağırıb. “Dünya bu diktaturaya yox deməlidir”, – deyə İvan Duke Twitter səhifəsində yazıb.

Xatırladaq ki, keçən həftənin 3-cü günü Venesuelanın Rabitə və informasiya naziri Xorxe Rodrigez 23-24 iyun tarixlərində növbəti dövlət çevrilişinin qarşısının alındığını xəbər etmişdi. Onun sözlərinə görə, qiyamçıların əsas məqsədi həm də Nikola Maduronu öldürmək olub. Nazir müxalif lider Xuan Quaydonun əvvəlcədən plan barədə xəbərinin olduğunu və dəstəklədiyini bildirib. (Musavat.com)

pia.az


Etiket: Nikolas Maduro

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar